"Hökumətlə və cənab prezidentlə müzakirələr aparmışıq" - Rüfət Aslanovdan əmanətçilərə şad xəbər

img

21-10-2016 [12:50]


"Qorunmayan, sığortalanmayan əmanətlərlə bağlı bu günlərdə hökumətlə və cənab prezidentlə müzakirələr aparmışıq. Çox güman ki, qanunvericilik buna yol verərsə, bağlanmış banklarda qorunmayan və sığortalanmayan əmanətlərin də vətəndaşlara qaytarılmasını həyata keçirəcəyik”.

Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanov deyib.

Palata sədri bildirib ki, məsələ ölkə başçısının xüsusi nəzarətindədir və bu cür əmanətlərin qaytarılması həyata keçiriləcək: "Hələ tam rəqəm demək istəmirəm. Ortaq həll tapan kimi, sığortalanmayan və qorunmayan əmanətlərin də geri qaytarılmasını təmin edəcəyik. Yollarını araşdırırıq, bu məsələni cənab prezidentə məruzə də etmişik, xüsusi nəzarətdədir”.

Modern.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA