DiN fazizm üzərində qələbənin 65-ci ildönümünə həsr olunmuz tədbir keçirib

img

08-05-2010 [03:40]


Bu gün Daxili İşlər Nazirliyində (DİN) faşizm üzərində qələbənin 65-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. Mərasimdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov çıxış edərək bütün tərəqqipərvər bəşəriyyətin faşizm üzərində qələbənin 65-ci ildönümünü böyük təntənə ilə qeyd etdiyini söyləyib. DIN mətbuat xidmətindən MIA-ya verilən məlumata görə, Ramil Usubov 9 may Qələbə bayramının müstəqil Azərbaycanda dövlət səviyyəsində keçirilən bayramlar sırasına daxil olunduğunu məmnunluqla qeyd edib. Azərbaycan dövlətinin Böyük Vətən müharibəsinin iştirakçılarına göstərdiyi diqqət və qayğıdan danışan nazir DİN rəhbərliyinin də bu kateqoriyadan olanların ehtiyacları ilə hər zaman daim maraqlandığını, problemlərinin həllinə yardımçı olmağa çalışdığını bildirib. İstefada olan milis polkovniki Müseyib İlyasov isə Böyük Vətən müharibəsinin veteranlar adından görüşə və ümumilikdə veteranlara göstərilən diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlığını bildirib. Mərasimin yekununda nazir Ramil Usubov əlamətdar bayram münasibətilə müharibə veteranlarını və onların ailə üzvlərini bir daha ürəkdən təbrik edib, onlara can sağlığı arzulayıb və ən xoş arzularını çatdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA