Deputatlar, deputat köməkçiləri, jurnalistlər qan verdilər

img

08-05-2010 [03:13]


Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) və Parlament Jurnalistləri Birliyinin (PJB) təşəbbüsü, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə mayın 8-də Şuşanın işğalının 18-ci ildönümü ilə əlaqədar B.Eyvazov adına Hemotologiya və Transfiziologiya Elmi Tədqiqat İnstitutunda qanvermə aksiyası keçirilib. Aksiyada müxtəlif qəzetlərdə, informasiya agentliklərində və televiziyalarda çalışan jurnalistlər, Milli Məclisin deputatları, deputat köməkçiləri, Bakı Dövlət Universitetinin tələbələri, Gənclər Təşkilatları Milli Şurasının üzvləri, idmançılar, könüllü vətəndaşlar iştirak ediblər. PJB-nin sədri Elşad Eyvazlı deyib ki, Azərbaycanda qan azlığından əziyyət çəkən insanlar vardır. Bu aksiya zamanı toplanmış qan həmin insanlara göndəriləcək. Belə aksiyalar insanlıq baxımından gərəklidir. Bundan başqa, məhz Şuşanın işğalı günü belə bir aksiyanın keçirilməsi də mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, Parlament Jurnalistləri Birliyinin təşəbbüsü ilə ötən il də Şuşanın işğal olunmasının 17-ci ildönümü ilə bağlı qana ehtiyacı olanlar üçün qanvermə aksiyası keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA