Təcridxanada qiyam cəhdi: Rəis və müavini yaralandı - qoşun yeridildi

img

21-10-2016 [10:39]


Dünən Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında dustaqlar qiyama cəhd edib.

Təcridxananın vəzifəli şəxslərinə hücum edən dustaqlar onlardan iki nəfərə ağır xəsarət yetiriblər. Məlumata əsasən, xəsarət alanlar təcridxananın rəisi və rəis müavinidir.

Mənbə virtualaz.org-a bildirib ki, qiyama səbəb, dustaqların sözlərinə görə, onlara verilən "payok”un (yeməyin) satılması və yetərincə verilməməsidir. Digər səbəb kimi, dustaqlara yaxınlarının gətirdikləri "peredaça”ya görə 100 manat rüşvət tələb olunması göstərilib.

"Dustaqlar aclıq aksiyasına başladıqlarını və yeyənə "söyüş” qoyduqlarını bildiriblər”, - mənbə deyib.

Virtualaz.org-a daxil olan məlumata əsasən, qiyamı yatırmaq üçün təcridxanaya qoşun yeridilib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA