Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov istanbula gedir

img

08-05-2010 [03:08]


Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov İslam Konfransı Təşkilatına üzv ölkələrin Parlament İttifaqı İcraiyyə Komitəsinin fövqəladə iclasında iştirak etmək üçün mayın 9-da İstanbula yola düşəcək. Milli Məclisin mətbuat xidmətindən MIA-ya verilən məlumata görə, quruma üzv ölkələrin parlament nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək toplantıda Yaxın Şərqdə vəziyyətlə bağlı müzakirələr aparılacaq və İstanbul deklarasiyası qəbul olunacaqdır. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov tədbirdə çıxış edəcək, məsələyə münasibət bildirəcək. Mayın 12-də isə Z.Əsgərov 3-cü Neva Beynəlxalq Ekoloji Konqresində iştirak etmək üçün İstanbuldan Sankt-Peterburqa gedəcək. Milli Məclisin deputatı Jalə Əliyevanın da qatılacağı bu tədbirdə enerji səmərəliliyi və iqtisadiyyatın modernləşdirilməsi, ekologiya qlobal qarşılıqlı təsir sahəsi kimi, ekologiya, su və sağlam həyat tərzi, vətəndaş cəmiyyəti ?yaşıl planet? uğrunda və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Səfər mayın 17-də başa çatacaqdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA