İcra başçısına itki; MTN-in polkovniki olan qardaşı vəfat etdi

img

20-10-2016 [15:04]


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin polkovniki vəfat edib.

Mia.az "Report"a istinadən xəbər verir ki, istefada olan polkovnik Nazim Alxasov uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, N.Alxasov 1954-cü ildə Qusarın Çətkün kəndində anadan olub. Uzun illər xüsusi xidmət orqanlarında işləyib. Azərbaycan Respublikasının konstitusiya dövlət quruluşunun müdafiəsində, milli təhlükəsizliyinin təmin edilməsində, xarici ölkələrin xüsusi xidmət orqanlarının kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyətinin qarşısının alınmasında, dövlət sərhədinin mühafizəsində xüsusi xidmətlərinə görə 2002-ci ildə Prezidentin fərmanı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub.

2006-cı ildə təqaüdə çıxıb.

Xatırladaq ki, N.Alxasov Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun qardaşıdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA