İcra başçısı ilə şöbə müdiri arasında insident yarandı, Elmar Vəliyev qovdu - Qalmaqal

img

20-10-2016 [14:29]


Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şöbə müdiri Həsən Məmmədovu işdən azad edib.

İcra Hakimiyyətindən (İH) İctimai-siyasi və humanitar məsələlər şöbənin müdirinin vəzifədən azad olunması xəbəri təsdiqlənib.

Mia.az xəbər verir ki, məsələ barədə unikal.org-a danışan Həsən Məmmədov deyib ki, səhhətində yaranan problemlə bağlı xəstəxanadadır: ”Heç nədən xəbərim yoxdur. Hazırda müalicə alıram, səhhətim normal deyil, sağlamlığımla məşğulam. Vəzifə də ömürlük ola bilməz”.

Sayt özəl mənbələrə istinadən bildirir ki, Həsən Məmmədovun xəstəxanaya yerləşdirilməsinin səbəbi Elmar Vəliyevlə aralarında yaranan insident olub...


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA