20-10-2016 [13:26]
Elxan Şahinoğlu,
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri
İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin xarici işlər nazirlərinin Özbəkistan paytaxt Daşkənddə oktyabrın 18-19-da keçirilən 43-cü sessiyasında FETÖ terrorçu təşkilat elan edildi. Bu qərar bir tərəfdən Ankaranın ciddi uğuru sayıla bilər, digər tərəfdən qərarın hamı tərəfindən yerinə yetirilb-yetirilməyəcəyi sualı açıq qalır.
Məntiqlə İKT-nin bu qərarı o deməkdir ki, quruma üzv ölkələrin tamamı avtomatik olaraq FETÖ-nü terrorçu təşkilat kimi tanımalıdırlar.
Sadəcə, Misiri çıxmaq şərtilə yekdil səsverməyə baxmayaraq, quruma üzv dövlətlərin tamamının bu qərara riayət edəcəyi problematikdir.
Misal üçün Qırğızıstan FETÖ-yə bağlı təhsil ocaqlarını nə bağlayıb, nə də statuslarını dəyişib. Əksinə, Bişkək Ankaranın "Qırğızıstandakı FETÖ üzvlərini ölkədən çıxardın” çağırışına "bizim daxili işlərimizə qarışmayın” kimi sərt cavab verib. İndi Qırğzıstan İKT-nin qərarına riayət edəcəkmi?
Digər müsəlman ölkələrində də Gülən şəbəkəsinə bağlı məktəblərlə bağlı vəziyyət dəyişməyib.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev çevrilişə cəhddən sonra Türkiyəyə səfər edərək türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla görüşdü. Ancaq Qazaxıstan prezidenti də Ankaranın istəyi əsasında Fətullah Gülənə bağlı təhsil ocaqlarının bağlayacağını vəd etmədi, sadəcə dedi ki, Qazaxıstanda komissiya yaradılacaq və həmin təhsil ocaqlarının fəaliyyəti araşdırlacaq. Yəni əgər həmin komissiya Gülənə bağlı təhsil ocaqlarının fəaliyyətində qeyri-qanunu nəsə tapmazsa, Qazaxıstandakı məktəblər fəaliyyətlərini davam etdirəcəklər.
Ankaranın FETÖ ilə bağlı istəklərini ilk yerinə yetirən ölkələrdən biri Azərbaycandır. Rəsmi Bakı Türkiyədə çevrilişə cəhdin sabahısı Gülən şəbəkəsinə bağlı "Qafqaz” Universitetinin statusunu dəyişdirdi, ali təhsil ocağındakı bütün türk müəllimləri geri göndərdi. Bundan əvvəl isə Azərbaycanda Gülən şəbəkəsinə bağlı kursların və məktəblərin statusları dəyişdirilmişdi.

Elxan ŞAHİNOĞLU
Rəsmi Bakı bundan sonra da FETÖ ilə mübarizədə Ankaranın yanında olacağını bəyan edib. Təsadüfi deyil ki, daxili işlər naziri Ramil Usubov sentyabrda Ankaraya səfər edərək FETÖ ilə mübarizədə Azərbaycanın Türkiyəyə istənilən dəstəyi verməyə hazır olduğu fikrini bir daha təkrarladı. Ankara FETÖ-nün Azərbaycandakı fəaliyyətinə dair hesabatı artıq Bakıya göndərib. Həmin araşdırmada isim və təşkilatların adı keçir. Yəqin bir müddətdən sonra bu hesabata uyğun olaraq digər addımlar da atılacaq. Ən vacibi FETÖ-nün Azərbaycanda dövriyyədə olan maliyyəsinin həcmi müəyyənləşdirilməli və bu pullar nəzarətə götürülməlidir.
Hələ ki, FETÖ ilə mübarizədə Ankaranın Bakıdan narazılığı yoxdur. Ankaranın FETÖ ilə mübarizədə əsas problemi Qərb ölkələri ilədir. Gülən şəbəkəsi Avropa dövlətləri içərisində Almaniyada güclü mövqeyə malikdir. Berlin Gülənə bağlı mərkəzləri və məktəbləri bağlamayıb.
Eyni vəziyyət ABŞ-dadır. Amerikada da Gülənə bağlı mərkəzlər, kurslar, hətta onlarla qeyri-hökumət təşkilatı və fondlar fəaliyyət göstərir. Bundan başqa Gülənin ABŞ və Avropada dövriyyədə kifayət qədər maliyyə vəsaiti var. Ankaranın da ehtiyat etdiyi odur ki, Gülən həmin maliyyə resurslarından növbəti dəfə Türkiyə hakimiyyətinə qarşı istifadə edə bilər.
Zaman keçdikcə ABŞ-ın Fətullah Güləni Türkiyəyə ekstradisiya etməyəcəyi aydınlaşır. Vaşinqton bu məsələni uzatmaqla məhkəmə qərarının olmamasına istina edir. Halbuki, 1980-ci illərin əvvəllərində ABŞ-la Türkiyə arasında varılan razılaşmaya görə hər iki ölkə şübhəli şəxsləri məhkəmə qərarı olmadan da bir-birlərinə ekstradisiya edə bilər. Ərdoğan Vaşinqtondan məhz ona görə narazıdır ki, Ankara beynəlxalq terrorçularla əlaqədə şübhəli bildiyi şəxsləri dəfələrlə məhkəmə qərarı olmadan da ABŞ-a esktradisiya edib. İndi isə Amerika eyni addımı atmaq istəmir.
Hadisələrin gedişatı göstərir ki, Vaşinqton Ankaranın istəyi üzərinə Fətullah Güləni ev həbsinə də almayacaq. Ankara ondan narahatdır ki, Gülən həm şəbəkəsinə rahatlıqla rəhbərlik edir, tərəfdarlarına təlimatlar verir, həm də müxtəlif mövzularda jurnalistlərə müsahibələr verir. Vaşinqton bu prosesin də qarşısını almaq istəmir.
ABŞ vitse-prezidenti Cozef Bayden sentyabrda Türkiyəyə səfəri zamanı belə bir ifadə işlətmişdi: "Kaş ki, Gülən sığınacaq olaraq Amerikanı seçməzdi…”.
Bu o demək idi ki, Bayden Gülənə görə iki ölkə arasındakı münasibətlərin soyumasından narahatdır. Görünür, Bayden onu da anlayır ki, Gülənlə bağlı vəziyyət dəyişməzsə, nəinki Amerika-Türkiyə münasibətləri soyuq qalacaq, Ankara Vaşinqtonun əsas rəqibi Rusiya ilə daha çox yaxınlaşacaq. Çünki ABŞ-dan fərqli olaraq Rusiya istənilən məsələdə Türkiyə ilə əməkdaşlığa və ya onun maraqlarını nəzərə almağa hazırdır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi