20-10-2016 [12:31]
"Azərsu" ASC-nin "Gəncə Sukanal Törəmə" SC-nin direktoru Bəhlul Ramazanov və onun dəstəsi Gəncə şəhərində camaatı suyla sınağa çəkir.
Bu barədə Gəncənin Nəriman Nərimanov küçəsinin sakinləri Əziz Əliyev, Zülfüqar Məmmədov və digərləri Mia.az-a şikayət məktubu yazıblar.
Sakinlərin sözlərinə görə, Bəhlul Ramazanovun dəstəsi dəfələrlə Gəncə şəhərinin Nəriman Nərimanov, Əziz Əliyev və Zülfüqar Məmmədov küçələrini su ilə təmin edən artezian motorunu bu küçələrdə yaşayan 1500-ə yaxın ailədən yığılan vəsait hesabına təmir etdirir:
"Demək olar ki, Bəhlul Ramazanovun dəstəsi ərazidə su borusu partlayanda, idarənin su nasoslarında nasazlıq yarananda sahə rəisi Mehdini və digər işçilərini əhalinin canına salıb, hər evdən pul yığmağa başlayırrlar. 2000-ə yaxın ailənin yaşadığı ərazidən qeyri-qanuni yığılan rüşvət hesabına nəinki boru, nasos təmir etmək olar, hətta bir neçə təzə nasos da almaq olar.
Amma çox təəssüflər olsun ki, belə təmirlərə yığılan pulların sonu qurtarmır. Əhali də hər ay həm su pulu ödəyir, həm də Bəhlul Ramazanovun reket dəstəsinə xərclik pulu verir.
Ərazimizdəki nasosxananı işlədən Aygün və Vahid adlı işçilər isə bizə bildirir ki, burada əraziyə xidmət edən mühərrikin gücü əvvəllər 55 kVt gücündə olub. Onda deyilən ərazidə su problemi olmurdu. Sonralar su idarəsi həmin mühərriki çıxarıb, yerinə 45 kVt gücündə mühərrik qoydu. İndi isə həmin mühərriki də çıxarıb yerinə 30 kVt gücündə mühərrik qoyublar. Hələ üstəlik, Gəncə Avropa Gənclər Paytaxtı adlı parkı da bu su xəttinə qoşublar, oradakı su çiləmə qurğuları və fontanlar da bura qoşulub".
Sakinlər deyir ki, əraziyə su iki gündən bir iki saat verilir. Verilən su isə çoxmərtəbəli yaşayış binalarının yalnız birinci mərtəbəsinə çox zəif axınla gəlir. Artıq elə bir vəziyyət yaranıb ki, bizə ancaq Tanrı kömək edə bilər. Çünki məmurlardan bizə kömək edən yoxdu:
"Nasosxanada su iri bir anbara yığılır və oradan da həmin 30 kVt-lıq mühərriklə əraziyə verilir. Bu anbarın içərisində isə siçovul leşindən pişik leşinə kimi nə istəsən tapmaq olar, antisanitariya hökm sürür".
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi