Gömrük postunda əməliyyat - Psixotrop maddə aşkarlandı

img

20-10-2016 [11:27]


Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Yoxlama zamanı vətəndaşın alt geyimindən bir ədəd bükümdə, buprenorfin adlı 11 həb aşkar edilərək götürülüb.

Xatırladaq ki, buprenorfin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr”in II Siyahısına daxildir və aşkar edilən 11 həbdə buprenorfinin təsiredici maddəsinin ümumi miqdarı 0,022qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA