Prezident Etibar Pirverdiyevə tapşırıq verib

img

20-10-2016 [10:33]


"Bu gün ölkə elektrik enerjisi sistemində generasiya gücləri ilə bağlı problem yoxdur. Lakin enerji sisteminin dayanıqlılığını və təhlükəsizliyini xarakterizə edən amillərdən biri olan enerjinin ötürülməsi sistemində müəyyən çətinliklər var”.

Mia.az xəbər verir ki, bunu "Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev rəsmi "Azərbaycan” qəzetində yazdığı məqalədə bildirib. E. Pirverdiyev qeyd edib ki, hazırda dövlət başçısının tapşırığına əsasən enerjinin ötürülməsi sistemində və paylayıcı şəbəkələrdə yeniləşmə proseslərinin aparılması istiqamətində iş aparılır.

ASC prezidenti onu da qeyd edib ki, prezident enerji mübadiləsi ilə yanaşı, tranzit ötürmədən istifadə etməklə digər ölkələrin bazarlarına elektrik enerjisinin ixracı istiqamətində işlərin görülməsi üçün tapşırıqlar verib: "Bu istiqamətdə də işlər aparılır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA