FHN Kür və Araz çaylarında baz verən dazqınla bağlı açıqlama yayıb

img

07-05-2010 [07:43]


Fövqəladə Hallar Nazirliyi Kür və Araz çaylarında baş verən daşqınla bağlı növbəti dəfə rəsmi açıqlama yayıb. FHN mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, aramsız yağan yağışlar, eyni zamanda, Kür və Araz çaylarında yaranmış bolsululuq səbəbindən 7 may 2010-cu il tarixində səhərə yaxın Kür çayının Sabirabad rayonu ərazisində və Şirvan şəhərinin Bayramlı qəsəbəsi istiqamətində iki yerdə bəndlərdə dağılma müşahidə olunub. Nəticədə, Sabirabad rayonunun və Şirvan şəhərinin Bayramlı qəsəbəsinin bəzi ərazilərini su basıb. Su basmış ərazilərdən sakinlərin təhlükəsiz əraziyə təxliyyəsi həyata keçirilir. Hazırda Fövqəladə Hallar Nazirliyi 1500 nəfər şəxsi heyəti və xeyli sayda texnikası ilə digər qurumlarla birlikdə hadisə rayonlarında yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində zəruri işlər görür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA