"Münbit torpaqlardan səmərəli istifadə olunmalıdır" - İlham Əliyevdən çağırış

img

19-10-2016 [23:49]


"Münbit torpaqlardan səmərəli istifadə olunmalıdır". 

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Qazax rayonunda "Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib. 

Dövlət başçısı bu cür müəssisələrin ölkədə kənd təsərrüfatının inkişafında mühüm rol oynadığını bildirib. 

Burada yetişdiriləcək məhsulların ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcəyini deyən Prezident İlham Əliyev kartof, taxıl və şəkər çuğundurunun əkininin genişləndirilməsinin əhəmiyyətindən danışıb, münbit torpaqlardan səmərəli istifadə olunmasının vacibliyini vurğulayıb. 

Dövlət başçısı bundan sonra da sahibkarlara dövlət dəstəyinin davam etdiriləcəyini deyərək bildirib ki, kənd təsərrüfatının inkişafı üçün infrastruktur layihələri həyata keçirilir, bu sırada elektrik enerjisi ilə təminat diqqət mərkəzində saxlanılır. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA