Nazir Zakir Həsənov sərgidə! - FOTOLAR

img

19-10-2016 [22:42]


Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Çexiyada "Beynəlxalq Gələcək Qüvvələr Sərgisi 2016"da olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, 60 ölkədən 1200-dən artıq nümayəndənin iştirak etdiyi sərgidə Çexiya, ABŞ, Kanada, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Avstraliya, Norveç, İsrail və bir sıra digər ölkələrin hərbi sənaye kompleksinə daxil olan 200-dən artıq şirkətin hərbi təyinatlı məhsulları nümayiş etdirilir.
Sərgidə iştirak edən Azərbaycan nümayəndə heyəti həmin şirkətlərin istehsal etdiyi məhsullar ilə tanış edilərək onların təyinatları barədə ətraflı məlumatlandırılıb.

Sərgi Çexiyanın müdafiə, daxili işlər, xarici işlər nazirlikləri, Silahlı Qüvvələrin Baş Qərargahı, NATO qərargahı, Avropa Müdafiə Agentliyi və bir sıra digər milli və beynəlxalq təşkilatların dəstəyi ilə keçirilir. 

m22


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA