“Sahibkarlara dövlət dəstəyi davam etdiriləcək” - İlham Əliyev

img

19-10-2016 [17:28]


"Bu cür təsərrüfatlar ölkədə kənd təsərrüfatının inkişafında mühüm rol oynayır”.

Bbunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Birinci Şıxlı” kəndli fermer təsərrüfatının təqdimatında söyləyib. 

Dövlət başçısı deyib ki, bu müəssisədə yetişdirilən kənd təsərrüfatı məhsulları ölkəmizin ərzaq təhlükəsizliyinə töhfə verəcək: "Kartof, taxıl və şəkər çuğundurunun əkinin genişləndirilməsi əhəmiyyətlidir. Münbit torpaqlardan səmərəli istifadə etmək vacibdir. Bundan sonra da sahibkarlara dövlət dəstəyi davam etdiriləcək. Kənd təsərrüfatının inkişafı üçün infrastruktur layihələri həyata keçirilir. Bu sırada elektrik enerjisi ilə təminat da diqqət mərkəzində saxlanılır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA