Prezident bölgələrdəki təbii fəlakətlə bağlı müzavirə keçirdi

img

07-05-2010 [06:40]


Bu gün prezident İlham Əliyevin sədrliyi ilə Kür çayında suyun səviyyəsinin qalxması ilə bağlı bölgələrdə baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması ilə bağlı müşavirə keçirilib. Ölkə bildirib ki, başçısı ölkədə 40 rayonun ərazisində subasma halları baş verməsi nəticəsində 20 min ev su altında qalıb, 300-dən çox evin uçub, 2000 ev qəzalıdır, 50 min hektar əkin və örüş sahəsini su basıb: "Kürdə suyun səviyyəsinin kəskin şəkildə qalxması ilə əlaqədar mühafizə tədbirləri gücləndirilir, təbii fəlakətdən ziyan çəkən əhaliyə kömək göstərilir, onlar müvəqqəti məskunlaşdırılır və həmin şəxslərə müvafiq yardımlar edilir. Əgər vaxtında qabaqlayıcı tədbirlər həyata keçirməsəydi, təbii fəlakətin nəticələri daha böyük və acınacaqlı olardı". Prezident təbii fəlakətdən ziyan çəkən əhaliyə kompensasiya ödəniləcəyini, onlara hərtərəfli kömək göstəriləcəyini və sosial problemlərinin həll olunacağını vurğulayıb. Ölkə başçısı müşavirədə təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlərin gücləndirilməsini və kompleks tədbirlər planın hazırlanmasının sürətləndirilməsini tapşırıb. Müşavirədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, səhiyyə naziri Oqtay Şirəliyev, nəqliyyat naziri Ziya Məmmədov, ekologiya və təbii ehtiyatlar naziri Hüseyn Bağırov, kənd təsərrüfatı naziri İsmət Abasov hazırkı vəziyyət və təbi fəlakətin nəticələrinin aradan qaldırılması ilə əlaqədar görülən işlər barədə prezidentə məlumat veriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA