Gömrükdə daha bir yenilik; Hökumət dəyişiklik etdi

img

19-10-2016 [15:20]


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 yanvar tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş "Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edilib.

Qərara əsasən, "Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”na 5.3-cü bənd əlavə edilib:

5.3. Gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”na uyğun olaraq qısa idxal bəyannaməsi əsasında malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemləri tətbiq olunur.”.
Trend

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA