Bu qurumlar birləşdirildi - “Azərsu” nun strukturunda dəyişiklik

img

19-10-2016 [15:13]


Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin strukturunun təkmilləşdirilməsi məqsədi ilə qərar qəbul edib.

Qərara əsasən, "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Ekologiya İdarəsi "Bakı Sukanal” İdarəsinə , "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin H.Z.Tağıyev adına Su Təchizatı İdarəsi və Oğuz-Qəbələ-Bakı Su Təchizatı İdarəsi Ceyranbatan Su Təchizatı İdarəsinə birləşdirilib.

"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin "Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyəti, "Şəki Sukanal” Törəmə Səhmdar Cəmiyyəti "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin "Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibində fəaliyyət göstərən hüquqi şəxs kimi müəyyən ediliblər.

"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin "Mingəçevir Sukanal” İdarəsi və "Şirvan Sukanal” İdarəsi "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin strukturundan çıxarılaraq "Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibinə daxil ediliblər.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və "Azərsu” Açıq Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn məsələləri həll edəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA