Ombudsman çinin Azərbaycandakı səfiri çjan Yannyan ilə görüzüb

img

07-05-2010 [04:57]


Bu gün Ombudsman aparatında Çinin Azərbaycandakı səfiri Çjan Yannyan ilə görüş olub. Tanışlıq məqsədi daşıyan görüşdə ombudsman E.Süleymanova ölkəmizlə ÇXR arasında dostluq münasibətlərinin, iqtisadiyyat, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb. Azərbaycan ombudsman təsisatının insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti, dövlət orqanları, QHT-lər, vətəndaş cəmiyyəti ilə əməkdaşlığı, həmçinin nüfuzlu beynəlxalq qurumlar, ixtisaslaşmış regional təşkilatlarla, o cümlədən Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutları, Asiya Ombudsmanlar Assosiasiyası, xarici ölkələrdəki milli insan hüquqları institutları ilə qarşılıqlı əlaqələri barədə qonağa ətraflı məlumat verilib. Ombudsman ÇXR-lə insan hüquqları sahəsində qarşılıqlı əlaqələrin qurulmasında maraqlı olduğunu qeyd edib. Səfir öz ölkəsində insan hüquqları sahəsində müvafiq qanunvericiliyin mövcud olduğunu və bu istiqamətdə ayrı-ayrı qurumların fəaliyyət göstərdiyini söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA