18-10-2016 [22:54]
"Rəsmi Yerevan xülyalara qapanıb öz xalqını aldatmaq əvəzinə qoşunlarının işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmasını təmin etməlidir.
Bunu XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatını və danışıqlar prosesini təhrif edən açıqlmasını şərh edərkən bildirib.
H.Hacıyevin sözlərinə görə, Ermənistan xarici işlər nazirliyinin mətbuat katibi "Dağlıq Qarabağ xalqının öz iradəsini ifadə etməklə Dağlıq Qarabağın statusunun müəyyən edilməsi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatlarında təsbit olunub” deməklə təmsil etdiyi qurumun ənənələrinə sadiq qalaraq Ermənistan ictimaiyyətini aldatmaq və özünə təsəlli verməklə məşğuldur:
"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin statusu danışıqlar prosesinə uyğun olaraq yalnız konsensus vasitəsilə müəyyən oluna bilər. Prezident İlham Əliyev tərəfindən "Sputnik” Beynəlxalq İnformasiya Agentliyinə ətraflı müsahibəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin muxtariyyət statusu ilə əlaqədar məsələlərə təfərrüatı ilə aydınlıq gətirilib".
Azərbaycan XİN rəsmisi bildirib ki, Ermənistanın kriminal hərbi xunta rejimindən fərqli olaraq, Azərbaycan rəhbərliyinin xalqla dialoqu və beynəlxalq ictimaiyyətə müraciəti açıq və aydın xarakter daşıyır:
"Dövlətimizin başçısı Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Dağlıq Qarabağın müstəqilliyinə razılıq vermək üçün Azərbaycana göstərilən təzyiqlərdən danışdı.
Lakin, nitqinin ardınca Prezident İlham Əliyev bildirdi ki, heç vaxt Azərbaycan buna razılıq verməyəcək, Dağlıq Qarabağ bizim ayrılmaz tarixi torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa etməliyik. Bu dövlətimizin başçısı tərəfindən ifadə olunan Azərbaycanın qəti və prinsipial mövqeyidir.
Göründüyü kimi, rəsmi Yerevan xülyalara qapanıb öz xalqını aldatmaq əvəzinə qoşunlarının işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmasını təmin etməli və dərin siyasi-iqtisadi, maliyyə və demoqrafik böhran şəraitindən çıxmaq üçün münaqişənin həlli ilə yaranacaq imkanlardan istifadə etməyi düşünməlidir. Rəsmi Yerevan nəhayət anlamalıdır ki, beynəlxalq ictimaiyyət onun nazı və arzuları ilə oynamayacaq".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi