18-10-2016 [20:18]
Prezident İlham Əliyev "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də dəyişikliklər edilməsi haqqında da bu gün fərman verib.
Mia.az xəbər verir ki, Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1148, № 12, maddə 1549; 2015, № 10, maddə 1141; 2016, № 6, maddə 1055) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də aşağıdakı dəyişikliklər ediləcək:
1. Aşağıdakı məzmunda 2.14.11-1-ci və 2.14.11-2-ci yarımbəndlər əlavə edilsin:
"2.14.11-1. elektron daşıyıcıda (çipdə) yaradılan elektron imza yaratma və yoxlama məlumatları;
2.14.11-2. vəsiqə sahibinin gücləndirilmiş elektron imzasını yoxlama məlumatları barəsində sertifikatlar;”.
2. 2.16-cı bənd aşağıdakı redaksiyada verilsin:
"2.16. Vəsiqə verən orqan vətəndaş barədə yoxlanılmış məlumatları sertifikat sorğusu formasında "Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin akkreditə edilmiş sertifikat xidmətləri mərkəzinə göndərir. Akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi həmin sorğu əsasında vəsiqə sahibinin gücləndirilmiş elektron imzasını yoxlama məlumatları barəsində sertifikatlar yaradır və "Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə vəsiqə verən orqana göndərir. Beş il müddətində etibarlı olan bu sertifikatlar, habelə elektron imza yaratma və yoxlama məlumatları şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilir və sertifikatlar vətəndaşın istəyi əsasında aktivləşdirilir.”.
3. Aşağıdakı məzmunda 2.16-1-ci və 2.16-2-ci bəndlər əlavə edilsin:
"2.16-1. Şəxsiyyət vəsiqəsi verilərkən (dəyişdirilərkən) gücləndirilmiş elektron imzanı yoxlama məlumatları barəsində sertifikatların aktivləşdirilməsini istəməyən vətəndaş daha sonra onların aktivləşdirilməsi üçün Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlara müraciət edə bilər. Bu halda gücləndirilmiş elektron imzanı yoxlama məlumatları barəsində sertifikatlar vəsiqə sahibinin ərizəsi əsasında, hər hansı ödəniş edilmədən 30 dəqiqə ərzində aktivləşdirilir.
2.16-2. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilmiş gücləndirilmiş elektron imzanı yoxlama məlumatları barəsində sertifikatların, habelə elektron imza yaratma və yoxlama məlumatlarının müddəti bitdikdən sonra onların beş ilədək müddətə yenilənməsini bu Əsasnamənin 2.16-1-ci bəndində nəzərdə tutulan qurumlar vəsiqə sahibinin ərizəsi əsasında, hər hansı ödəniş edilmədən 30 dəqiqə ərzində həyata keçirirlər.”.
4. 2.18-ci bənddə "və 2.14.8-ci – 2.14.12-ci” sözləri "2.14.8 – 2.14.11-ci və 2.14.12-ci” sözləri ilə əvəz edilsin və həmin bəndə "2.14.5-ci – 2.14.7-ci” sözlərindən sonra ", 2.14.11-1-ci və 2.14.11-2-ci” sözləri əlavə edilsin.
5. 2.19-cu bənddə "2.14.8-ci və 2.14.9-cu” sözləri "2.14.8-ci – 2.14.11-2-ci” sözləri ilə əvəz edilsin və "oxunuşu açıq,” sözlərindən sonra "imza yaratma məlumatları və” sözləri əlavə edilsin.
6. 2.20-ci bənddə "2.14.1-ci – 2.14.9-cu” sözləri "2.14.1-ci – 2.14.11-2-ci” sözləri ilə əvəz edilsin və "oxunuşu açıq,” sözlərindən sonra "imza yaratma məlumatları və” sözləri əlavə edilsin.
7. 2.21-ci bənddə "bütün məlumatların” sözlərindən sonra "(imza yaratma məlumatları istisna olmaqla)” sözləri əlavə edilsin.
8. 2.29.3-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.29.4-cü yarımbənd əlavə edilsin:
"2.29.4. vəsiqə sahibinin gücləndirilmiş elektron imzasını yoxlama məlumatları barəsində sertifikatlar, habelə elektron imza yaratma və yoxlama məlumatları – Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlar.”.
9. Əsasnaməyə 1 nömrəli Əlavə - "Azərbaycan Respublikası vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsi haqqında Ərizə-Anket”ə aşağıdakı məzmunda 1.1.3-1-ci yarımbənd əlavə edilsin:
"1.1.3-1. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilən gücləndirilmiş elektron imzanı yoxlama məlumatları barəsində sertifikatlar aktivləşdirilsin:
1.1.3-1.1. Bəli | 1.1.3-1.2. Xeyr |
10. Əsasnaməyə 2 nömrəli Əlavə - "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi haqqında Ərizə-Anket”ə aşağıdakı məzmunda 1.1.3-1-ci yarımbənd əlavə edilsin:
"1.1.3-1. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilən gücləndirilmiş elektron imzanı yoxlama məlumatları barəsində sertifikatlar aktivləşdirilsin:
1.1.3-1.1. Bəli | 1.1.3-1.2. Xeyr |
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi