18-10-2016 [20:06]
Prezident Ilham Əliyev oktyabrın 17-də Rusiyanın "Sputnik” informasiya agentliyinə geniş müsahibə verib. Müsahibədə İlham Əliyev bir sıra məsələlərə aydınlıq gətirib.
Birincisi, İlham Əliyev dedi ki, Konstitusiya dəyişikliklərinə baxmayaraq, Azərbaycanda növbədənkənar prezident seçkisinə ehtiyac yoxdur və prezident seçkisi planlaşdırıldığı kimi 2018-ci ildə keçiriləcək. Halbuki, referendumdan dərhal sonra ekspert dairələrində belə bir fikir var idi ki, İlham Əliyev gələcək illərdə iqtisadi vəziyyətin ağırlığını nəzərə alaraq prezident seçkisini bu ilin sonuna təyin edə bilər.
İkincisi, İlham Əliyev söylədi ki, TAP və TANAP layihələri "Türk axını” layihəsinə alternativ deyil.
Dövlət başçısının fikrincə, Avropa hər iki boru xətti ilə ixrac ediləcək qazı alacaq və buna görə Azərbaycanla Rusiya arasında rəqabət aparmağa ehtiyac yoxdur. Əslində, Avropa rəsmiləri və diplomatları qeyri-rəsmi söhbətlərdə daha çox Azərbaycan qazına maraq göstərdiklərini gizlətmirlər, çünki Rusiya qazı Avropa bazarında onsuz da həddən artıqdır və Brüssel bu həcmin artırılmasında maraqlı deyil. Buna baxmayaraq, hiss olunur ki, rəsmi Bakı bu məsələdə Kremllə üz-üzə gəlmək istəmir.
Üçüncüsü, İlham Əliyev Rusiyanın Suriyaya hərbi müdaxiləsiylə bağlı konkret fikir bildirməsə də, Rusiya prezidenti Vladimir Putinin beynəlxalq terrorizmə qarşı birgə mübarizə ideyasını dəstəkləyir. Həqiqətən Putin ABŞ-a Suriyada beynəlxalq terroçulara qarşı birgə mübarizə aparmağı təklif edib. Vaşiqnton isə Putinin bu təklifini qəbul etməyib. Görünür, bu onula əlaqəlidir ki, ABŞ Rusiya ilə birgə terrorçulara qarşı aparılan mübarizənin fonunda Bəşər Əsəd rejiminin güclənməsini istəmir.
Dördüncüsü, İlham Əliyev Rusiya hərbi təyyarəsinin Türkiyə səmasında vurulmasında üçüncü qüvvələrin maraqlı olduğuna eyham vurdu. Azərbaycan prezidenti ad çəkmədən məhz həmin qüvvələrin Rusiya-Türkiyə tərəfdaşlığını pozmaq istədiklərinə işarə etdi. Əslində üçüncü qüvvə dedikdə yenə ağla məhz ABŞ gəlir. Çünki məhz ABŞ-dakı siyasi və hərbi dairələr Türkiyə-Rusiya yaxınlaşmasından narahatdırlar.
Beşincisi, Azərbaycan prezidenti müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı vacib fikir söylədi: "Yerli özünüidarəçilik məsələlərində kompromis mümkündür. Əgər razılığa gəlsək, bu özünüidarə Dağlıq Qarabağ Muxtar Respublikası şəklində ola bilər”.
"Muxtar Respublika” ideyası rəsmi Bakının böyük güzəşti sayıla bilər. Əgər Azərbaycan hakimiyyəti əvvəlki illərdə güzəşt kimi daha çox "yüksək statusa malik muxtariyyət” ifadəsini işlədirdisə, indi bunun konkret adını deyir: "Müxtar Rüspublika”. Muxtar Respublikanın özünün parlamenti, hökuməti, yerli polis qüvvələri və sairə atributları olur. Bir şərtlə ki, bütün bu strukturlarda Dağlıq Qarabağa qayıdan azərbaycanlılar da iştirak etsin. Çünki, məsələn Şuşanın özünün də yerli icra strukturları olmalıdır.
Buna baxmayaraq, Azərbaycan hakimiyyəti "muxtar respublika” ifadəsinin özündə konkret nələri ehtiva etdiyini müəyyənləşdirməlidir. Bu mənada hakimiyyət strukturlarının "Muxtar Respublika”nın statusuyla bağlı konkret sənəd hazırlaması və bunu müzakirə üçün həmsədrlərə təqdim etməsinə ehtiyac var. Çünki çox zaman beynəlxalq vasitəçilər Azərbaycan tərəfini onda qınayırlar ki, "bizim təklifləri bəyənmirsiniz, ancaq özünüzünkü də yoxdur”. Ona görə də "Muxtar Respublika” ilə bağlı təkliflər paketi hazırlanmalıdır.
İlham Əliyev müsahibəsində belə bir məqamı da vurğuladı ki, Azərbaycan Dağlıq Qarabağda böyük investisiya layihələri reallaşdıracaq.
Hazırda Dağlıq Qarabağ Ermənistanın dotasiyasındadır və İrəvan bölgəyə ən azı 150 -200 milyon dollar ayırır. Bu məbləğ ağır iqtisadi və sosial vəziyyətdə olan Ermənistan üçün böyük yükdür. Deməli, Azərbaycanın Dağlıq Qarabağa yönəldəcəyi investisiyalar həm Ermənistanı maliyyə yükündən qurtaracaq, həm də Dağlıq Qarabağda birgə yaşayan ermənilərin və azərbaycanlıların sosial və iqtisadi problemlərinin həllinə yönəldiləcək. İnvestisiya layihələrinin də "muxtar respublika” ilə bağlı hazırlanan təkliflər paketində göstərilməsi Azərbaycanın beynəlxalq aləmə güclü mesajı olar.
İlham Əliyevdən "Sputnik” agentliyinin rəhbəri, Rusiyanın dövlət kanalı olan RTR-də bazar günü yayınlanan analitik proqramın müəllifi və aparıcısı Dmitri Kilseyov götürüb. Kiselyov sıradan bir jurnalist deyil və açıq demək lazımdır ki, həmin kanalda qatı ermənipərəst mövqeyi ilə tanınan Vladimir Solovyovdan fərqli olaraq Azərbaycan əleyhinə mövqe ortaya qoymayıb. Böyük ehtimalla Kiselyovun Əliyevdən götürdüyü geniş müsahibə bu bazar günü RTR-də yayınlanacaq. Bu proqramı Rusiyanın geniş ictimaiyyəti ilə yanaşı qonşu ölkənin siyasi elitası və ekspert dairələri də izləyir.
Bu baxımdan Ermənistan rəsmiləri İlham Əliyevin müsahibədə Qarabağla bağlı fikirlərinə reaksiya verəcəklər. Doğrusu bu reaksiyanın neqativ olacağı indidən bəllidir. Ancaq İlham Əliyevin rus agentliyinə verdiyi müsahibənin əsas hədəfi Ermənistan yox, məhz elə Rusiya hakimiyyətidir.
Tatarıstan Rusiyanın tərkibində Muxtar Respublikadır. Bu respublika Rusiyanın ən varlı bölgələrindəndir. Demək, Kreml tərəfdaş adlandırdığı Azərbaycanda da Dağlıq Qarabağ Muxtar Respublikanın əleyhinə olmamalıdır. Ancaq bunu da bəyənməsələr və Ermənistan hakimiyyətinə anlatmasalar, İlham Əliyevlə eyni gündə açıqlama verən Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun "Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş qalması hər an qaynar müharibəyə səbəb ola bilər” mesajını diqqətə almalı olacaqlar. Cənubi Qafqazda davamlı müharibə isə Rusiyanın maraqlarına cavab vermir...
Elxan ŞAHİNOĞLU,
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi