Kürdə suyun səviyyəsi qalxdı - Sel təhlükəsi + Foto

img

18-10-2016 [17:32]


Kür çayının Salyan və Neftçala rayonlarınınərazisindən keçən hissəsində səviyyəsi artıb.

Mia.az Report-a istinadən xəbər verir ki, bu gün çayın Salyan rayonunun ərazisindən keçən hissəsində səviyyəsi 35 santimetr, Neftçalada rayonunun ərazisindən keçən hissəsində isə 10 santimetr qalxıb.

Neftçala rayon İxtisaslaşdırılmış Mənsəb Hidrometerologiya Müəssisəsindən verilən məlumata görə, bir həftədə ərzində Kür cayının səviyyəsi Salyanda 64 santimetr, Neftçalada isə 38 santimetr qalxıb. Bu səbəbdən də həmin rayonlarda sel təhlükəsi yaranıb.

Qeyd edək ki, hər iki rayonda qabaqlayıcı tədbirlər görülür. Bəzi təhlükəli ərazilərdə bəndvurma işləri aparılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA