“Naxçıvan Muxtar Respublikasının coğrafiyası” - 1 cildi hazrılandı

img

18-10-2016 [15:57]


AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutun alimləri – elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə, baş elmi işçi, c.ü.f.d. Məhərrəm Həsənov və aparıcı elmi işçi, c.ü.f.d. Elina Kərimova oktyabrın 23-24 tarixində Naxçıvan Muxtar Respublikasına ezam oluniblar.

AMEA-dan Mia.az-a verilən məlumata görə, Coğrafiya İnstitutunun Elmi şurasının qərarı, AMEA Naxçıvan bölməsi və Naxçıvan Ali Məclisinin dəstəyi ilə hazırlanan  "Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin NMR-in fiziki coğrafiyasına həsr olunmuş 1-ci cildi artıq hazırdır və Cİ-nin adları çəkilən əməkdaşları həmin cildi çapa təqdim etmək üçün muxtar respublikaya gedəcəklər.

Kitabın Naxçıvanın iqtisadi-sosial coğrafiyasına həsr olunan 2-ci  cildinın çapı  bu ilin sonunadək nəzərdə tutulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA