18-10-2016 [14:23]
Daşkəsənə 60 santimetr hündürlüyündə qar yağıb
Bu barədə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı, sabiq millət vəkili Əhəd Abıyev bildirib.
İcra başçısı deyib ki, Daşkəsəndə oktyabrın 17-dən başlayaraq, gecə səhərədək qar yağıb. Onun sözlərinə görə, qarın hündürlüyü 45 santimetr, bəzi yerlərdə isə 60 santimetrə çatıb:
"Havaların soyuq və qarlı keçməsi ilə əlaqədar Daşkəsəndə intensiv işlər görülür. Bütün texnikaları küçələrə tökmüşük, məktəblərə yollar açılır, qar təmizlənir, qırılan elektrik xətləri bərpa edilir, digər müvafiq tədbirlər görülür. Hazırda heç bir problem yoxdur, uşaqlar məktəblərə rahat gedib-gəlirlər. Nə tədbir lazımdırsa, görülür. Heç bir qan-qaraçılıq yoxdur. Əksinə, Daşkəsənə tez bir zamanda güclü qarın yağması uşaqları sevindirir. Təbii ki, qar təbiət hadisəsidir. Biz bunun qarşısını ala bilmərik. Bizim işimiz odur ki, qarın yağmasına hazırlıqlı olaq. Bunun üçün də bütün texnikanı işə cəlb etmişik. Hətta, Gəncədən də əlavə texnikalar gətirilib. Həmin texnikalarla yollar qardan təmizlənir”.
Ə.Abıyev rayonda qışa hazırlıq işlərinin yüksək səviyyədə görüldüyünü söyləyib:
"Əslində, biz qarın yağması və havaların soyuması ilə əlaqədar əvvəlcədən hazırlıq işləri görmüşük. Əhalinin istiliklə təminatında da heç bir problem yoxdur. Bütün köhnə binaların dam örtükləri də yenilənib. Nə qədər işçimiz varsa, hamısını yolların təmizlənməsi işinə cəlb etmişik. Əslində, qar gözəllikdir. İnanın ki, adam yerə baxdıqca heyran qalır. Hər tərəf pambıq kimi ağ rəngə boyanıb. Bəlkə də qışda adam qar görəndə bu qədər sevinmir. Amma indi qarı görəndə başqa təəssürat keçirirsən. Hazırda qar yağmasa da, ancaq gecədən səhərədək yağan qar rayonu ağ rəngə boyayıb. Hətta, Daşkəsənin Əmirvan və Qabaqtəpə ərazilərində qarın hündürlüyü 60 santimetrə çatıb. Yaxşı ki, biz vaxtında körpüləri və yolları çəkmişik”.
Olke.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi