"Ölkədə radikal islamın yayılması ilə bağlı potensial risk və təhdid yoxdur" - İlham Əliyev

img

18-10-2016 [11:53]


"Azərbaycan əhalisi özünün dini, milli, mənəvi köklərinə bağlıdır, eyni zamanda dünyəvi cəmiyyətdir. Ona görə də bizdə radikallar üçün nə iqtisadi, nə sosial baza mövcud deyil".

Bunu prezident İlham Əliyev Rusiyanın "Sputnik” beynəlxalq informasiya agentliyinə müsahibəsində deyib.

Prezidentin sözlərin görə, Azərbaycan cəmiyyəti milli ideya ətrafında sıx birləşdiyinə görə ölkə üçün radikal islamın yayılması ilə bağlı potensial risk və təhdid yoxdur.

İlham Əliyevin sözlərinə görə, Azərbaycan üçün radikalizmlə mübarizə planında əsas vəzifə öznü xarici fiziki və informasiya təhdidlərindən qorumaqdır: "Azərbaycan vətəndaşları hər gün qaynar nöqtələrdə nə baş verdiyini görür, Avropda, Yaxın Şərqdə, MDB məkanında. Bu da Azərbaycan cəmiyyətini bir daha birləşdirir. Bu, radikalizmdən ən güclü peyvənddir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA