Bakıda ATS-i su basdı - 600-dən çox abonent telefonsuz qaldı

img

18-10-2016 [11:20]


Binəqədi rayonunun Yeni Biləcəri qəsəbəsində yerləşən 401 nömrəli telefon qovşağının binasını su basıb.

Hadisə oktyabrın 17-də axşam saatlarında baş verib. İntensiv yağan yağış suları binanın içinə də dolub.

Nəticədə 600-ə yaxın abonentin telefon xəttində problem yaranıb.

Qovşağın əməkdaşları yanğın təhlükəsini aradan qaldırmaq üçün binaya pəncərədən daxil olub.

Yasamal Telefon Qovşağından saytımıza verilən məlumata görə, təbii fəlakət nəticəsində qovşaqda baş verən fəsadları aradan qaldırmaq üçün bir həftəyə yaxın vaxt tələb olunur. 

AzNews.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA