18-10-2016 [09:17]
ATƏT PA-nın seçki müşahidə missiyasının rəhbəri Azay Quliyev bu gün Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən mətbuat konfransında 16 oktyabr parlament seçkilərinin nəticələri barədə bəyanatla çıxış edib.
Mia.az xəbər verir ki, Azay Quliyev ATƏT PA-dan 50-yə yaxın şəxsin seçkiləri müşahidə etdiyini və seçkilərin nəticəsinə təsir edə biləcək ciddi qanun pozuntusunun qeydə alınmadığını bildirib:
"Seçkilərdə Monteneqro xalqı demokratiyaya və sabitliyə səs verdi və bu istiqamətdə qətiyyətli iradə nümayiş etdirdi. Ölkə vətəndaşları seçkilər zamanı alternativ və geniş seçim imkanı əldə etdilər. Lakin bununla yanaşı, hesab edirəm ki, seçkilərin idarəedilməsində və medianın peşəkar fəaliyyətinin təmin olunmasında bir sıra problemlər yaşandı”.
Seçki idarəedilməsi haqda daha ətraflı danışan A.Quliyev xüsusi olaraq qeyd edib ki, Dövlət Seçki Komissiyası (DSK) bütün hüquqi prosedurların ardıcıllığına riayət edib. Lakin DSK-nın səlahiyyətlərinin genişləndirilməsinə baxmayaraq, seçkilərin təşkil olunmasında rəhbərlik səviyyəsində gözlənilən peşəkarlıq nümayiş olunmayıb.
A.Quliyev Monteneqronun media mühiti haqda deyib ki, plüral və müxtəlif mövqelərin əks olunduğuna baxmayaraq, mediada siyasi qütbləşmə mövcuddur: "Dərc olunan materiallarda araşdırmaçı yazıların və müəllif müstəqilliyinin azlığı hiss edilir. Bu səbəbdən də oxucular daha keyfiyyətli məlumatların əldə olunmasında çətinlik çəkirlər”.
A.Quliyev gənclərin seçki aktivliyindən məmnunluq ifadə edib: "Mən, dünən çoxlu sayda gəncin seçki məntəqələrində boyük həvəslə, aktiv iştirakını gördüm və bundan məmnunluğumu bildirmək istərdim. Hesab edirəm ki, gənclərin aktiv iştirakının ölkələrinin demokratik inkişafında mühüm rolu olacaqdır”.
Çıxışının yekununda ATƏT PA missiya rəhbəri göstərilən qonaqpərvərliyə və əməkdaşlığa görə Monteneqro xalqına və ölkə rəhbərliyinə dərin və səmimi minnətdarlığını bildirib.
Sonda A.Quliyev jurnalistləri maraqlandıran suallara cavab verib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi