Pirsaat su anbarında suyun səviyyəsi qalxdı - FHN-nin texnika və canlı qüvvəsi əraziyə göndərildi

img

17-10-2016 [20:04]


Hacıqabul rayonunda yerləşən Pirsaat su anbarında suyun səviyyəsi qalxıb.

Aramsız yağan yağışlar nəticəsində dağ çaylarında sululuq artıb. Bu səbəbdən Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində  eyni adlı çayın üzərində yerləşən su anbarında suyun səviyyəsi kəskin artıb.

Kəndə gedən yolun üzərindəki körpünü də su basıb.

Hacıqabul Rayon İcra Hakimiyyətinin fövqəladə hallar komissiyasından APA-ya verilən məlumatda bildirilir ki, əraziyə əlavə olaraq texnika və canlı qüvvə cəlb edilib.

Fövqəladə Hallar Nazirliyinin Hacıqabul Yanğından Mühafizə xidmətinin texnikası və canlı qüvvəsi də əraziyə cəlb olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA