İcra nümayəndəsi sakinləri belə döydü - VİDEO

img

17-10-2016 [18:30]


Goranboy rayon Zeyvə kəndində icra nümayəndəsinin sakinlərə hücum etməsinin videosu yayılıb.

Admiral.az-ın məlumatına görə, videodan görünür ki, icra nümayəndəsi ona etiraz edən sakinlərə şillə, yumruq, təpik atır.

Sakinləri döyməyə çalışan isə rayon icra başçısının kənd üzrə icra nümayəndəsi İlham Hüseynovdur. O, saytımıza açıqlamasında bildirib ki, bu hadisə 2015-ci ildə baş verib.

İcra nümayəndəsinin sözlərinə görə, videoda əhalinin narazlığına səbəb kənddə su probleminin olmasıdır.

"Ötən il Zeyvə kəndində su qıtlığı yaşanırdı. Əhali yolu kəsmişdi. Biz də gəlib onları ərazidən uzaqlaşdırdıq və yolu açdıq. Orada başqa söhbət ola bilməz. Biz heç kimə əl qaldırmamışıq. Bu videonun da kim tərəfindən çəkildiyini və nəyə görə yaydığını bilmirəm. Amma bununla bağlı lazımı qurumlara müraciət edəcəm", - deyə İlham Hüseynov bildirib.

Həmin görüntüləri sizə də təqdim edirik:


7news.Az



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA