17-10-2016 [17:05]
"Normadan artıq yağıntı olduqda Bakı şəhərində müəyyən bölgələrdə problemlər olur".
Bunu "Azəravtoyol" ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli bildirib.
A. Nəcəfli vurğulayıb ki, problem yaranan ərazilərdə də yağış-kanalizasiya sistemi, kollektorlar var: "Sadəcə kollektorların gücü çatmır və nəticədə su yenidən yola çıxır. Əksər ərazilərdə problemin səbəbi budur. Ziya Bünyadov prospektində, Xətai, Neftçilər prospektində, Biləcərinin mərkəzi yolunda və Binəqədi şosesində olan problem ondan ibarətdir ki, su nasosları suyu ərazidən uzaqlaşdıra bilmir".(APA)
Yollarda suyun çəkilməsi ilə bağlı işlərə "Azərsu" ASC və Fövqəladə Hallar Nazirliyinin (FHN) nəzarət etdiyini bildirən qurum sözçüsü əlavə edib ki, "Azəravtoyol" ASC-nin əməkdaşlar da onlara yardım göstərirlər: "Bizə aid olan yağış barmaqlıqlarıdır, onlarda heç bir problem müşahidə olunmur. Bakı küçələrinin cəmi 16-17%-də yağış-kanalizasiya sistemi var. Ancaq bir daha qeyd edirəm ki, mövcud problemin yaranmasında yağış-kanalizasiya sisteminin olub-olmaması rol oynamır. "Azəravtoyol" ASC-nin balansında olan küçə və prospektlərdə mövcud olan yağış-kanalizasiya sistemində heç bir problem yoxdur".
"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı isə bildirib ki, mövcud kanalizasiya sistemi 1970-1980-ci illərdə yaradılıb və həmin dövrün tələbatı üçün hesablanıb: "Son illər Bakı kifayət qədər böyüyüb, binaların sayı çoxalıb. Bakının kanalizasiya şəbəkəsi isə ötən əsrin 70-80 illərində qurulub və həmin dövrün tələbatı üçün hesablanmışdı. Bu gün bu sistem tələbatı ödəmir. Bu gün yağış sularının hamısı "Azərsu"nun kollektorlarına yönəlir. Belə olan halda isə intensiv yağıntılar zamanı kollektorlar tam yüklənir və bütün suyu daşıya bilmir".
Qurum rəsmisi əlavə edib ki, vəziyyətdən çıxışı yolu kimi "Azərsu" tərəfindən Master Planı hazırlanıb: ""Azərsu" tərəfindən araşdırma aparılıb və belə bir qənaətə gəlinib ki, yağış suları ümumiyyətlə təmizlənməyə yönəldilməməlidir. Yağış suları birbaşa olaraq Abşeron ərazisindəki göllərə və yaxud Xəzər dənizinə təmizlənmədən ötürülməlidir. Digər fəsad isə odur ki, bu gün "Azərsu" yağış sularını Hövsan qəsəbəsində təmizləmək məcburiyyətində qalır. Buna səbəb başqa şəbəkənin olmamasıdır. Çünki Bakının bütün şəbəkəsi kanalizasiyaya birləşib. Bunun üçün də ayrıca yağış xətləri olmalıdır, bu yağış xətləri və kollektorları yağış sularının kənarlaşdırılmasından sonra, nə yağış suları toplanacaq, nə də kanalizasiyada problem yaşanacaq".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi