17-10-2016 [13:13]
Ötən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında intensiv yağışın yağması paytaxtın əksər rayonlarında fəsadlar yaradıb.
Mia.az xəbər verir ki, "Report” rayonlarda yağışın törətdiyi fəsadların aradan qaldırılması istiqamətində görülən tədbirləri öyrənmək üçün rayon icra hakimiyyətlərinə sorğu ünvanlayıb.
Xəzər Rayon İcra Hakimiyyəti (RİH) başçısının I müavini Vaqif Həsənov bildirib ki, yağış yağan zaman adətən əhalinin mütəmadi istifadə etdiyi gediş-gəliş yerləri RİH-in daxili imkanları hesabına sulardan təmizlənir: "Bundan başqa, bu kimi hallarda icra hakimiyyətinın fövqəladə hallar komissiyası da hazır vəziyyətdə olur. Ümumilikdə isə intensiv yağışla bağlı bizə hansısa şikayət daxil olmayıb”.
Səbail Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov isə qeyd edib ki, şəhərin mərkəzində yağış suları ilə bağlı heç bir problem meydana gəlməyib: "Çünki mərkəzi ərazilərdə kanalizasiya sistemləri yeni qurulub. Digər ətraf ərazilərdə də heç bir problem müşahidə olunmayıb”.
Nəsimi Rayon İcra Hakimiyyətinin mənzil kommunal Təsərrüfatı birliyinin rəisi Elman Yəhyayev səhər tezdən bəzi ərazilərdə müşahidə apardığını və heç bir problem olmadığını deyib: "Bildiyiniz kimi, 4-cü və 9-cu mikrorayonlardan dağın yamacından axan sular keçir, lakin yenə də heç bir problem yaşanmayıb. Çünki həmin ərazilərdə quraşdırılan kanalizasiya sistemləri işləkdir”.
Sabunçu Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, bəzi qəsəbələrdə müəyyən problemlər yaranıb və aradan qaldırılması üçün aidiyyəti qurumlara məlumat verilib.
Problemlərin daha çox yaşandığı Binəqədi Rayon İcra Hakimiyyətindən isə adəti üzrə zənglərə cavab verən olmayıb.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, oktyabrın ikinci ongünlüyünün sonunadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var.
Sosial şəbəkələrdə isə yağışın yaratdığı problemlərlə bağlı yüzlərlə foto və videolar paylaşılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi