Azərbaycan tələbələri Avropada təmsil olunacaq

img

07-05-2010 [01:55]


Azərbaycan Tələbələr Birliyi tələbələrimizi dünyanın ən böyük tələbə təşkilatlarında təmsil edə bilmək üçün beynəlxalq əlaqələrini möhkəmləndirməyə davam edir. 2-9 may 2010-cu il tarixlərində Birliyin baş katibi Vüqar Rüstəmli İspaniyanın Madrid şəhərində Avropa Tələbələr Birliyinin 58-ci toplantısına qatılmışdır. Toplantıda iştirakçı olan 35 ölkədən 47 üzv tələbə birliyi ilə əlaqələr qurulmuş və əməkdaşlıq perspektivləri müzakirə edilmişdir. Bu günlərdə Azərbaycan Tələbələr Birliyinin Avropa tələbə hərəkatında təmsil olunması məsələsi geniş müzakirə olunacaq və bununla bağlı qərar qəbul ediləcəkdir. Toplantı çərçivəsində Azərbaycan Tələbələr Birliyi ilə Avropa Tələbələr Birliyi arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi də müzakirə obyekti olacaqdır. Xatırladaq ki, həyata keçirilən səfər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə gerçəkləşir. Avropa Tələbələr Birliyi 1982-ci ildə yaradılmış olan və hal-hazırda özündə 35 ölkədən 47 üzv tələbə birliyini birləşdirən qurumdur. Mərkəzi ofisi Brüselldə olan təşkilatın tərəfdaşları Avropa Şurası, Avropa Gənclər Forumu, Avropa Komissiyası, UNİCEF, ATƏT və s.-dir. Avropa Tələbələr Birliyi ümumilikdə 11 milyondan artıq tələbənin təmsil olunduğu qurumdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA