Bakı niyə qazsız qalıb? - “Azəriqaz”dan açıqlama

img

17-10-2016 [11:03]


Dünəndən etibarən Bakı şəhəri üzrə təbii qazın verilməsində problemlər yaranıb.

Mia.az xəbər verir ki, bəzi ərazilərdə təbii qazın verilişində məhdudiyyətlər yaranıb. Rayonların əksəriyyətində isə qaz həddən çox azaldılıb.

"Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev AzNews.az-a açıqlamasında bildirib ki, hazırda ölkə üzrə əhaliyə verilən təbii qazın tələbata uyğun olaraq verilməsi istiqamətində işlər gedir: "Havaların dəyişməsi ilə əlaqədar təbii qazın azalmasına görə bizə müraciətlər daxil olur. Çatışmazlıqlar yaşanan ərazilərdə problemlər aradan qaldırılır. Hansı ərazilərdən ki, müraciət daxil olur, orada təbii qazın verilməsi təmin edilir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA