Yağış yağdı, Bakı küçələri tıxaca və suya təslim oldu - FOTOLAR

img

17-10-2016 [10:59]


Oktyabrın 17-si gecədən etibarən yağan intensiv yağışlar paytaxt Bakıda nəqliyyatın hərəkətini iflic edib. Sıxlıq əsasən Neftçilər, Ziya Bünyadov, Xətai prospektlərindədir.

Sıxlıq yaşanan istiqamətlərdən biri də "Yeni Günəşli” qəsəbəsindən "Xalqlar dostluğu” metrostansiyası istiqamətindədir. Yollarda yığılıb qalan yağış suları hərəkətə əngəllər törədib. Xarab olaraq yolun ortasında qalan 50 və 104 nömrəli marşrut avtobusları isə vəziyyəti daha da qəlizləşdirib. 

Modern.az-ın əməkdaşının da tıxacda qaldığı 50 dəqiqə ərzində isə ərazidə heç bir yol polisi əməkdaşı görünməyib.

Tıxac səbəbindən əksər marşrut avtobusları da qrafikdən çıxaraq gecikmələrlə işləyirlər.

Küçələrdə yığılıb qalan yağış suları eyni zamanda piyadaların yolu keçməsinə imkan vermir.
Bakının bu günündən fotoları təqdim edirik:


Bakı yenə də yağışa təslim oldu...
Bakı yenə də yağışa təslim oldu...
Bakı yenə də yağışa təslim oldu...
Bakı yenə də yağışa təslim oldu...
Bakı yenə də yağışa təslim oldu...
Bakı yenə də yağışa təslim oldu...


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA