FHN su altında qalan rayon və kəndlər barədə rəsmi məlumat yayıb

img

07-05-2010 [01:30]


Son dövrlər yağan yağışlar, eyni zamanda, Kür və Araz çaylarında bolsululuğun müşahidə olunması ilə əlaqədar olaraq respublikanın ayrı-ayrı şəhər və rayonlarında mürəkkəb vəziyyət yaranıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, bir sıra ərazilərdə qrunt və yağış sularının yaratdığı fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin 800-dən yuxarı şəxsi heyəti, 186 ədəd texnika, 57 ədəd motopompa, 63 ədəd su nasosu vasitəsilə, həmçinin, rayon icra hakimiyyətlərinin müvafiq qüvvələri ilə birgə hadisə bölgələrində yaranmış vəziyyətin aradan qaldırılması üçün operativ tədbirlər həyata keçirilir. Belə ki, Nazirliyin qüvvələri və texnikası hazırda Şirvan şəhərinin Kür qırağındakı yaşayış massivləri, o cümlədən Bayramlı və Hacıqəhrəmanlı qəsəbələri, Salyan rayonunun inzibati mərkəzi və Qaraçala qəsəbəsi, Kür Qaraqaşlı, Ərəbqardaşbəyli, Çuxanlı, Seyidan, Qarabağlı, Pambıqkənd, Təzəkənd, Cəngan, Noxudlu kəndlərində həyətyanı sahələrdən suyun çəkilməsi, Kür çayı üzərində uzunluğu 500 metr olan bəndin bərkidilməsi işlərini reallaşdırırlar. Həmçinin, Sabirabad rayonunun inzibati mərkəzi və Yolçubəyli, Həsənli, Cəngan, Kürkəndi, Narlıq, Balvar, Cavad, Yuxarı Axtaçı, Qasımbəyli, Muradbəyli, Türkədi, Əsgərbəyli, Dadaşbəyli kəndlərində, Saatlı rayonunun Novruzlu, Dəllər, Ağarəhimli, Kamallı kəndlərində, İmişli rayonunun inzibati mərkəzi və Məmmədli, Hacımustafalı, Telişli və Ağamalılar kəndlərində bənd bərkitmə işləri ilə yanaşı, həyətyanı sahələrdən suyun çəkilməsi operativ qaydada davam etdirilir. Neftçala rayonunun inzibati mərkəzi və Bankə və Xıllı qəsəbələri, Aşağı Qaramanlı, Yenikənd kəndləri, Hacıqabul rayonunun Rəncbər, Abdulabad, Kolanı, Meyniman, Ələtli və Dürbənd kəndlərində, Kürdəmir, Zərdab, Beyləqan və Ağcabədi rayonları ərazisində yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA