15-10-2016 [22:58]
Bu gün bəzi kütləvi informasiya vasitələrində Göyçayda əhalinin yol polisinin fəaliyyətinə etiraz olaraq aksiya keçirməsi, aksiya iştirakçılarının 1 saat yolu bağlaması barədə məlumatlar yayılıb.
Bu barədə DİN-nin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə yayılan informasiyaların həqiqətə uyğun olmadığını, məsələnin mahiyyətinin qəsdən təhrif olunmuş və şişirdilmiş şəkildə təqdim olunduğunu bildirib.
O, qeyd edib ki, respublikamızın hər yerində olduğu kimi, Göyçay rayonunda da yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə mütəmadi olaraq reydlər keçirilir: "Bu rayonda həmin reydlərin keçirilməsini şərtləndirən əsas amillər sırasında son vaxtlar sürücülük hüququ olmayan şəxslər tərəfindən 3 piyadanın ölümü ilə nəticələnən yol qəzasının törədilməsini və Bakı-Yevlax-Şamaxı magistral yolunun üstündə yük avtomobillərinin qanunsuz park edilərək hərəkətə maneçilik törətməsini misal göstərmək olar”.
DİN rəsmisi bu yöndə görülən işlər barədə qısa məlumat verib: "Təkcə oktyabr ayının birinci yarısında Göyçay rayonunda yol polisi əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində 313 yol hərəkəti qayda pozuntusu faktı aşkarlanıb. İnzibati məsuliyyətə cəlb olunanlar arasında Bakı-Yevlax-Şamaxı magistral yolunun rayondan keçən hissəsində yük avtomobillərini qanunsuz park edilərək hərəkətin intensivliyinə mane olan 22 sürücü də var. Məhz onların bir qrupunun oktyabrın 15-də səhər sözügedən məkanın kənarına toplaşması adıçəkilən istiqamət üzrə hərəkət intensivliyinin qısamüddətli məhdudlaşdırılmasına səbəb olub.
O.Mansurzadə qeyd edib ki, rayonun, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri ictimai diqqəti özlərinə cəlb etmək istəyən həmin şəxslərlə görüşüb, onları narahat edən məsələlərlə maraqlanıblar. Bildirilib ki, yol hərəkəti qaydalarının kobud şəkildə pozulması hallarına qarşı keçirilən reydlər, bu istiqamətdə davam etdirilən digər tədbirlər nəinki onların, ümumilikdə, rayon sakinlərinin təhlükəsizliyinin təmin olunmasına yönəlib.
Rayon rəhbərliyinin müvafiq izahatından sonra həmin əraziyə yığışmış şəxslər dağılışıb və məsələ bununla da bitib. İndi rayonda əmin-amanlığı, sabitliyi pozmaqda maraqlı olan bəzi şəxslər məsələnin mahiyyətini qəsdən təhrif edərək onu siyasiləşdirməyə çalışır, Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni təyin olunmuş, əməkdaşlarla birlikdə xidməti vəzifələrini yerinə yetirən rəis barədə böhtan və şantaj xarakterli məlumatlar yaymaqla ümumilikdə polisin rayonda qanunçuluğun daha da möhkəmləndirilməsi, ictimai qaydanın və təhlükəsizliyin etibarlı təmininə hesablanmış gərəkli fəaliyyətinə kölgə salmaq istəyirlər ki, bu da qətiyyən yolverilməzdir.
O. Mansurzadə həmçinin bildirib ki, bəzi xəbər saytlarında yol polisi bölməsinin rəisinin vəzifədən azad olunması barədə yaydığı məlumatlar yalandır.
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi