Mikayıl Cabbarov əmr verdi - Məktəb direktoru təhsil şöbəsinə müdir təyin edildi

img

15-10-2016 [17:46]


Ağcabədi rayon Təhsil Şöbəsinə yeni müdir təyin edilib.

Mia.az Report-a istinadən xəbər verir ki, rayonun S.İbrahimov adına 8 saylı tam orta məktəbinin direktoru Anar Qasımov müvafiq əmrlə rayon təhsil şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Ağcabədi rayon təhsil şöbəsinin əvvəlki müdiri Mehdi Əkbər oğlu Əhmədov Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti və Təhsil Nazirliyinin Ağcabədi Rayon Təhsil Şöbəsində apardığı yoxlamalar nəticəsində aşkar olunan nöqsanlara görə, vəzifəsindən azad olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA