15-10-2016 [16:01]
"Öncə 435 min manat veriləcəyi rəsmi olaraq, bildirildi. Ancaq daha sonra deyirlər ki, evin birinci mərtəbəsində yerləşən yerlə bağlı texniki səhvə yol veriblər. Belə çıxır ki, 15 nəfər texniki səhvə yol verib. Əslində isə qərarı verən həmin 15 nəfərin hamısı texniki səhv edə bilməz. İki ildir ki, mənə evimin pulunu vermirlər. Onlar mənə 435 min manat təklif edərkən, 1 ABŞ dollar 78 qəpik idi, bu gün isə 1 manat 60 qəpik. Manat iki dəfə devalvasiyaya uğrayıb, ancaq mən dövlətimizin iqtisadi problemlərini bildiyim üçün artıq pul da istəmirəm, özlərinin yazdığı rəqəmi tələb edirəm. Onlar isə israrla, 397 min manatdan artıq verməyəcəklərini bildirirlər. Almalı olduğum 38 min manatı nəyin əsasında kəsirlər? Halbuki "yalnış” dediklərində heç bir qanun pozuntusu yoxdur. Onlar sırf o pulu kəsmək üçün bildirirlər ki, orada qarajın var. Halbuki həmin yer evimin içidir, qaraj isə evdən kənarda olur”.
Bu sözlər "Sovetski” ərazisindəki evini tərk etmək istəməyən Vüqar Şükürov aiddir.
Xatırladaq ki, bir həftə öncə Yenicag.az-a istinadən Mia.az-da yayımlanan vətəndaşın şikayətinə Yasamal rayon İcra Hakimiyyəti anında reaksiya verdi.
Vətəndaşın evinin 435 min manat olaraq qiymətləndirilməsi ilə bağlı sənəddə imzası olan Yasamal rayon İcra Hakimiyyətinin Birinci müavini, Köçürmə üzrə işçi komissiyanın sədri Səməd İslamov tərəfindən redaksiyamıza göndərilən sənəddə göstərilir ki, "Köçürülməsi məqsədilə nəzərdə tutulan ərazidə dövlət əhəmiyyətli yolların və ko1mmunikasiya xəttlərinin çəkilməsi nəzərdə tutulsa da, paytaxtımız üçün son dərəcə əhəmiyyətli olan bu layihənin yerinə yetirilməsi zamanı 2015-ci ilin ortalarında köçürülmə tədbirlərinin başa çatdırılmasında bir sıra çətinliklər yarandı.
Belə ki, boşalmış ərazidə köçməmiş çox az sayda mənzil sahibləri tərəfindən mənzillərin qiymətləndirilməsində qeyri-real tələblərin irəli sürülməsi nəticəsində başa çatdırılması nəzərdə tutulan layihənin gecikdirilməsilə yanaşı, ətraf sakinlərin mənzillərinə təhlükəsiz gediş-gəlişində, kommunikasiya xəttlərindən istifadə və ərazinin sanitar normalarının təmin edilməsində həlli mümkün olmayan problemlər yaratdı.
Məqalədə qeyd etdiyiniz Ə.Hüseynzadə küçəsi 2 ünvanda yaşayan Vüqar Şükürovun rayon İcra Hakimiyyətinin ünvanına öz maddi maraqları naminə irəli sürdüyü ittihamlar tam əsassızdır. Biz dəfələrlə qeyd etmişik ki, çox təəssüflər olsun ki, köçürmə zamanı sakinlər arasında elələrinə rast gəlirik ki, artıq vəsait əldə etmək naminə hər bir qanunsuzluğa, yalana, iftiraya əl atırlar. Əfsuslar olsun ki, Şükürov Vüqar da özünü belələrinin siyahısına daxil etdi”.
Yasamal İH-dən göndərilən yazılı açıqlamada qeyd olunur ki, "Belə ki, 2014-cü ilin may ayında ərazidə ölçü işləri aparılarkən, komissiyaya məlumat daxil oldu ki, Ə.Hüseynzadə küçəsi mənzil 2 ünvanında ölçü işlərinin aparılmasına imkan verilmir. Araşdırma zamanı məlum oldu ki, köçürmə ərazisində hər hansı tikinti işlərinə qadağa qoyulduğu halda , Vüqar Şükürov gizli şəkildə qarajda yenidənqurma işləri apararaq, onu yaşayış sahəsinə çevirmək niyyətindədir. Bununla əlaqədar 2014-cü ilin mayın 17-də qanunsuz tikinti işlərinin foto şəkilləri çəkildi və rəsmi sənədləşdirildi.
Bununla əlaqədar ev sahibi xəbərdar edildi ki, qanunsuz gördüyü işlərin əhəmiyyəti yoxdur və onun qarajı yaşayış sahəsi kimi qiymətləndirilməyəcək”.
V.Şükürovun təqdim etdiyi bildiriş formasının sakinlərə göndərilən ekspertlərin hazırladığı ilkin qiymətləndirmə forması olduğunu bildirən Yasamal İH "qeyd edilən qiymətə komissiyanın yekun araşdırmalarının nəticələrinə uyğun dəyişiklik edilə bilər” deyə, açıqlayır: "13 may 2015-ci ildə komissiyanın növbəti iclasında Vüqar Şükürovun qardaşı qeyd edilən mənzilin pay sahibi və rəsmi etibarnamə ilə çıxış edən Mehti Şükürova faktlarla sübut olundu ki, 1m.90 sm. hündürlüyü olan qarajın yaşayış sahəsi kimi təqdim etmələri əbəsdir. Deyilənlərlə razılaşaraq Mehti Şükürov mənzilə hesablanmış 397370 manat vəsaitlə razılaşmış və razılaşma protokoluna imza atmışdır”.
Yasamal İcra Hakimiyyəti tərəfindən Mehti Şükürovun imzaladığı akt da cavab yazısı ilə birlikdə Yenicag.az-a daxil olub. Fəqət Səməd İslamovun tərəfindən təqdim olunan sənədlər vəziyyəti daha da qəlizləşdirib və sualları artırıb.

Mia.az xəbər verir ki, Vüqar Şükürov isə yenidən Yenicağ.az-a üz tutaraq, S.İslamovun cavab yazısında göstərilən faktların ciddi bir saxtakarlıq nümunəsi olduğunu iddia edib:
"Səməd İslamov "Vüqar Şükürovun qardaşı qeyd edilən mənzilin pay sahibi və rəsmi etibarnamə ilə çıxış edən Mehti Şükürov”dan bəhs edir. Mehdi Şükürovun etibarnaməsini göstərə bilərlərmi?
Evin sahibi mənəm, bütün sənədlər mənim adımadır və nə qardaşıma, nə də digərinə etibarnamə verməmişəm. Belə olan halda Mehti Şükürovun rəsmi etibarnamə ilə çıxış etdiyini iddia etmələri növbəti qanun pozuntusudur.
Savadsız qardaşımı çağırıb, iclasda iştirak etdiyinə dair imza alırlar adı ilə öz istədikləri kağıza imza atdırmaları Yasamal rayon İcra Hakimiyyətinin növbəti qanun pozuntusudur. Deməli, kimsə bunlarla razılaşmadıqda, onlar qardaşı, bacını, əmioğlunu, dayıoğlunu çağırıb, onların imzası ilə işlərini "həll edəcəklər”.
Dediyim kimi, Mehtinin hansı etibarnamə ilə çıxış etdiyini ortaya qoysunlar, mən iddiamdan əl çəkməyə hazıram. Yoxdur elə bir etibarnamə!”
V.Şükürovun diqqət çəkdiyi ikinci məqam isə İcra Hakimiyyətinin 2014-cü ildə olan tikinti ilə bağlı ittihamıdır:
"Madam ki, 2014-cü ildə inşaat ilə məşğul olmuşuq, o zaman niyə ev 2015-ci ildə 435 min manat dəyərində qiymətləndirilirdi? Bu Yasamal İcra Hakimiyyətinin növbəti manipulyasiya cəhdidir. Əgər tikinti onların qiymətləndirməsindən sonra olsaydı, o zaman onlar haqlı idilər. Fəqət qiymətləndirmə bitib, 15 nəfər rəy verib, sənədi bizə təqdim ediblər. Ondan sonra isə nə baş veribsə, icra hakimiyyəti 435 mindən 397 min manata düşüb və bizim halal haqqımıza əl qoymaq istəyir”.
V.Şükürov onu da qeyd edir ki, evi ilə birlikdə ona məxsus 3 sota qədər torpaq ərazisi Yasamal rayon icra hakimiyyətinin təzyiqi ilə Dövlət Əmlak Komitəsi tərəfindən qeydə alınmır.
Yenicag.az da Yasamal rayon İcra Hakimiyyətinin Birinci müavini, Köçürmə üzrə işçi komissiyanın sədri Səməd İslamov ilə əlaqə saxlayaraq, məsələni bir daha ondan dinləyib. Etibarnamənin olduğunu bildirən S.İslamov onu təqdim etməkdən isə "o qədər sənədin içərisindən tapmaq çətindir” deyib.
Daha sonra isə hər iki bildirişin formal xarakter daşıdığını, Mehti Şükürovun imzasının o qədər əhəmiyyət daşımadığını bildirib.
S.İslamov həmçinin məhkəməyə müraciət etdiklərini də bildirib...
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi