15-10-2016 [15:42]
Məlum olduğu kimi, ABŞ dövlət katibi Con Kerrinin "Dağlıq Qarabağ münaqişəsinin indiki mərhələdə həlli mümkün deyil” açıqlaması Azərbaycanda rəsmi səviyyədə tənqid olunur.
Xatırladaq ki, oktyabrın 13-də Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da "Moskvanın Dağlıq Qarabağ münaqişəsinin yaxın zamanlarda həll olunacağı ilə bağlı böyük nikbinliyi yoxdur”, - deyə, bənzər açıqlama verib.
Göründüyü kimi, Uşakovun bu açıqlaması Kerrinin sözlərindən fərlqənmir. Bu isə o qənaəti yaradır ki, nə rəsmi Vaşinqtonun, nə də Moskvanın Dağlıq Qarabağ münaqişəsinin qısa müddətdə həllinə ümidləri yoxdur.
Onu da qeyd edək ki, Prezident Ilham Əliyev Nazirlər Kabinetinin oktyabrın 7-dəki toplantısında Qarabağ münaqişəsi ilə bağlı belə bir cümlə işlədib: "Qapalı görüşlərdə bizi Qarabağı tanımağa məcbur etmək istəyirlər”.
Bu və ya digər məqamlarla bağlı Mia.az-a açıqlama verən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Prezidentin bu cümləsi o demək deyil ki, həmsədrlər həqiqətən rəsmi Bakıdan Dağlıq Qarabağın "müstəqilliyi"nin tanınmasını tələb edirlər:
"Görünür, həmsədrlər qapalı danışıqlarda rəsmi Bakıdan bunu tələb edirlər ki, "siz Dağlıq Qarabağda referenduma razılaşmalısınız ki, bunun müqabilində torpaqlarınız azad olunsun. Ancaq elə bu ifadənin özünün də prezidentin dediyi kimi "müstəqilliyin” tanınması tələbindən fərqi yoxdur. Çünki referendumun nəticəsi əvvəlcədən bəllidir. Dağlıq Qarabağda əhalinin nisbəti ermənilərin xeyrinədir və onlar referendumda "müstəqilliyə” səs verəcəklər.
Rəsmi Bakı isə hazırki mərhələdə referendum təklifini qəbul etmir. Əsas tələb Dağlıq Qarabağ ətrafındakı rayonların qeyd-şərtsiz boşaldılmaısıdır. Ermənistan hakimiyyəti isə referendum qarantiyası almadan bu addımı atmaq istəmir".
Politoloqun sözlərinə görə, Amerika Birləşmiş Ştatları və Rusiya indiki şəraitdə Dağlıq Qarabağ münaqişəsini həll etməyəcəklər:
Elxan ŞAHİNOĞLU
"İki dövlətin Ukrayna və Suriyaya görə bir-birləri ilə münasibətləri gərgindir. Hətta iki dövlətin hərbi qüvvələrinin Suriyada üz-üzə gəlməsi təhlükəsi var. ABŞ hərbçiləri deyirlər ki, hərbi təyyarələrimiz Bəşər Əsəd ordusunun mövqelərini vura bilər, Rusiyalı hərbçilər isə buna cavab olaraq deyirlər ki, Amerika təyyarələri Əsəd ordusunu hədəf alsa, Rusiya Suriyada yerləşdirdiyi C-300 raketləri ilə Amerika təyyarələni vuracaq. Belə şəraitdə ATƏT-in Minsk Qrupunun iki həmsədri olan ABŞ və Rusiyadan Qarabağ münaqişəsinin həlli məqsədilə ortaq fəaliyyət gözləmək problematikdir".
Ekspert deyir kii, Azərbaycan cəmiyyətinin bir hissəsində aprel döyüşlərindən sonra böyük dövlətlərin Ermənistan hakimiyyətinə təzyiq edəcəyi ümidi var idi:
"Ancaq Azərbaycan dövlət başçısının son açıqlaması bu ümidlərin özünü doğrultmadığını göstərir. Əskinə, rəsmi Bakıya təzyiq var. Ermənistana təzyiq yoxdursa, bununla böyük dövlətlər Cənubi Qafqazı böyük müharibəyə sürükləyirlər. Sözsz ki, belə bir durumda Rusiyanın Ermənistanı "İsgəndər” raketləri ilə təhciz etməsi, rəsmi Bakını narahat edir və buna uyğun addımlar atılır. Son günlər Azərbaycan ordusunda hərbi təlimlərin sayı xeyli artıb. Müxtəlif növ təlimlər və artileriya atəşləri həyata keçirilir. Bu da Ermənistanın "İsgəndər” raketlərinə yiyələnməsi ilə bağlıdır. Bundan başqa, Azərbaycan Ermənistan ordusunun "İsgəndər” raketlərini neytrallaşdırmaq üçün həm xaricdən müasir raket kompleksləri almağı planlaşdırır, həm də yerli hərbi-sənaye kompleksi raket komplekslərinin istehsalına başlayır".
Ekspert müdafiə naziri Zakir Həsənovun son açıqlamalarına da diqqəti çəkib:
"Zakir Həsənov Azərbaycanın Ermənistanın "İsgəndər” raketlərini məhv edəcək müasir silahları olduğunu bildirdi. Yəni bu bir növ Azərbaycan cəmiyyətinə mesaj idi ki, Azərbaycan ordusunun əlində "İsgəndər” raketlərindən də güclü silahı var. Bu həm də Ermənistan cəmiyyətinə mesajdır. Beləliklə, bölgədə silahlanmanın miqyası getdikcə genişlənir. Bununla növbəti hərbi qarşıdurmanın qarşısını almaq çətin olacaq. "Biz müharibə istəmirik” ifadəsini hamı işlədir, ancaq bunun baş verməməsi üçün münbit zəmin yoxdur.
Cəbhə bölgəsində gərginlik getdikcə artır. Budəfəki müharibə apreldəkinə bənzəməyəcək. Növbəti müharibə lokal deyil, total xarakter daşıya bilər. Total müharibə yalnız Dağlıq Qarabağ və ətraf rayonlarda cərəyan etməyəcək, müharibə Ermənistanla Azərbaycanın digər bütün ərazilərini əhatə edə bilər.
Əlbəttə, bu halda Naxçıvan üzərində də müəyyən təhlükə yaranacaq. Belə olarsa Naxçıvanın təhlükəsizlik qarantörü kimi prosesə Türkiyə də qoşulmaq məcburiyyətində qalacaq. Rusiya Ermənistanı müdafiə etsə belə, Azərbaycana qarşı "İsgəndər” raketlərindən istifadə ediləcəksə, bu cavabsız qalmayacaq, Azərbaycan da Ermənistan ərazisindəki obyektləri vuracaq. Bu andan başlayaraq Rusiya ilə Türkiyə arasındakı münasibətlər yenidən gərginləşəcək".
Elxan Şahinoğlu sonda bildirib ki, bu vəziyyət bölgə üçün fəlakət ssenarisidir:
"Bu fəlakətin qarşısını almaq üçün münaqişənin həllinə başlanılmalıdır. Ancaq bu yoxdursa, dəhşətli ssenarinin reallaşması ehtimalı getdikcə artacaq".
F.ƏHMƏD
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi