“İlham Əliyev. İnkişaf - məqsədimizdir”nin 32-ci cildi çapdan çıxdı

img

15-10-2016 [14:39]


"İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 32-ci cildi çapdan çıxıb.

Çoxcildliyin bu kitabına daxil olan materiallar 2008-ci ilin avqust-sentyabr aylarını əhatə edir. Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu nəşrində dövlət başçısının Azərbaycana səfər etmiş Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, Rumıniya prezidenti Trayan Besesku, Türkiyə prezidenti Abdullah Gül və Özbəkistan prezidenti İslam Kərimovla keçirdiyi görüş və danışıqlara, bu ölkələrlə ikitərəfli əlaqələrin inkişafı üçün bağlanan müqavilələrə, habelə İran, Macarıstan, Türkiyə, Yunanıstan, ABŞ və digər ölkələrin, nüfuzlu beynəlxalq təşkilatların yüksək vəzifəli şəxslərini qəbul etməsinə dair materiallar verilib. 

Kitabda prezident İlham Əliyevin Moskvaya işgüzar səfəri zamanı keçirdiyi görüş və danışıqlara aid materiallar da yer alıb.

Kitaba "Qeydlər”, "Şəxsi adlar”, "Coğrafi adlar” göstəriciləri daxil edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA