Daşınmaz əmlakın tikintisinə və alınmasına qoyulan kreditlər artıb

img

15-10-2016 [13:07]


İpoteka kreditləri də daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına kredit qoyuluşu bu il sentyabrın 1-nə 1 592,1 mln. manat təşkil edib.

Bu barədə Mərkəzi Bankdan məlumat verilib. Bankdan bildirilib ki, avqust ayında kreditləşmə 6,8%, illik müqayisədə isə 17,1% artıb. Bu il sentyabrın 1-nə əsasən maliyyə-kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşunda bu sahənin kreditləşməsinin xüsusi çəkisi 9,5% -ə çatıb. Bu isə öz növbəsində əvvəlki ayla müqayisədə 0,6 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz bəndi artım deməkdir.

Qeyd edək ki, cari il sentyabrın 1-nə əsasən ölkə iqtisadiyyatına kredit qoyuluşunun 6 272,7 mln. manat və ya 37,2%-i məhz ev təsərrüfatlarına kreditlərin payına düşüb. Bu sahədə kreditləşmə aylıq müqayisədə 0,6% artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 18,4% azalıb.

Xatırladaq ki, sentyabrın 1-nə ölkə iqtisadiyyatıan cəmi kredit qoyuluşu 16 839,7 mln. manat təşkil edib ki, bunun da 9,5% və ya 1 592,9 mln. manatı vaxtı keçmiş kreditlər olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA