14-10-2016 [17:41]
Biləsuvar rayon icra Hakimiyyətində pambıq yığımının vəziyyəti və qarşıya çıxan problemlərin həlli istiqamətində görülən işlərlə bağlı rayon qərargahının növbəti iclası keçirilib.
Mİa.az xəbər verir kii, müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Habil Əzənmədov, rayonun aidiyyəti idarə müəssisə, təşkilatlarının, pambıq emalı zavodlarının rəhbərləri, icra nümayəndələri, kənd təsərrüfatı mütəxəssisləri və mülkiyyətçilər iştirak edib.
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev şura iclasında çıxış edərək bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən 26 yanvar 2016-cıil tarixdə keçirilən "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda və 17 sentyabr 2016-cil il tarixdə Sabirabad rayonunda keçirilən Pambıqçılığın inkişafına dair müşavirədə cənab Prezident bu sahənin ölkəmizin inkişafı üçün çox önəmli bir sahə olduğunu qeyd edərək, respublikamızda pambıqçılığın inkişaf etdirilməsini qarşımıza konkret vəzifə olaraq qoymuşdur. Pambığın alış qiymətinin artırılması, hər kiloqrama 0.1 manat subsidiyanın verilməsi, fermerlərə toxum, gübrə alınmasında, aqrotexniki işlərin aparılmasında dövlət tərəfindən müvafiq köməkliklərin göstərilməsi, fermerlərin və emal müəssisələrin güzəştli şərtlərlə maliyyələşdirilməsi ilə bağlı köməkliklər göstərilməsi rayonumuzda pambıqçılığa marağı daha da artırmışdır.
Görülmüş bu işlərin nəticəsidir ki, son illərlə müqayisədə bu il rayonumuzda dəfələrlə çox 6040 hektar sahədə pambıq əkilmişdir. Rayonda fəaliyyət göstərən "CTS Aqro” MMC tərəfindən 198 mülkiyyətçi ilə 1650 hektar sahədə, ”MKT” MMC tərəfindən 570 mülkiyyətçi ilə 2632 hektar sahədə, ”Aqromaster” MMC tərəfindən 113 hektar sahədə müqavilə bağlanaraq pambıq əkini aparılmışdır.Bundan əlavə "CTS Aqro” MMC-nin təcrübə sınaq təsərrüfatı tərəfindən isə 1405 hektar sahədə yüksək repreduksiyalı pambıq toxumu əkilmiş, 240 hektar sahədə isə mülkiyyətçilər öz təşəbbüsü ilə müqaviləsiz əkin aparmışlar. Bu günədək sahələrdən 4000 tona yaxın ağ qızıl toplanmışdır.
Pambıqçılarımız bu il 12 min tondan çox məhsul yığmağı planlaşdırırlar.Hava şəraitini nəzərə alaraq yerli icra nümayəndələri, bələdiyyələr, pambıq mülkiyyətçiləri, pambıq zavodlarının rəhbərləri pambığın itkisiz və qısa müddətdə yığımını təmin etmək üçün bütün qüvvələrini sərf etməlidirlər. Xüsusilə əllə pambıq yığımını sürətləndirmək üçün insanlarımız səfərbər olunmalıdır.Bununla əlaqədar xüsusi pambıq yığan briqadaların sayı artırılmalıdır.
M.Quliyev bildirdi ki, bütün bunları nəzərə alaraq rayonumuzda növbəti ildə 10500 hektar sahədə pambıq əkininin aparılması üçün hazırlıq işlərinə başlanılmışdır.Bununla bağlı icra nümayəndələri, bələdiyyələr, pambıq zavodlarının rəhbərləri əhali arasında həm maarifləndirmə işləri aparmalı, həm də müqavilə bağlayan mülkiyyətçilərin problemlərinin həllinə diqqətlə yanaşmalıdırlar.
Qərargahın iclasında çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Habil Əzənmədov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəstəyi və rəhbərliyi ilə ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişaf etdirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, pambıq istehsalına əhalinin marağının artırılması və əkin sahələrinin genişləndirilməsi nəticəsində insanlarımızın sosial rifahı daha da yaxşılaşacaq, əlavə on minlərlə iş yerləri yaranacaq və ölkəmizə xarici valyuta axını olacaqdır. Cənab Prezident proqram xarakterli çıxışlarında bu sahəyə göstərdiyi diqqəti bir daha vurğulayaraq qeyd etmişdir ki, "Bu, bir başlanğıcdır və əminəm ki, bundan sonra pambıqçılıq Azərbaycanda sürətlə inkişaf edəcək, geniş vüsət alacaq.”Bu il bütövlükdə 51 min hektar sahədə pambıq əkildiyini bildirən ölkə başçısı bunun keçən illə müqayisədə təxminən üç dəfə çox olduğunu qeyd etmişdir. 2017-ci ildə isə respublikamızda pambıq əkininin 128 min hektar sahəni əhatə edəcəyini vurğulayan cənab İlham Əliyev bildirmişdir ki: "Əgər indiki səviyyəni götürsək, 128 min hektar torpağın əkilməsi ən azı 250 min ton pambıq deməkdir. Ancaq biz hədəfi gələn il üçün 300 min ton götürməliyik.
H.Əzənmədov rayonda pambıq yığımının vəziyyəti ilə bağlı tövsiyyələrini verdi, pambığın itkisiz və vaxtında toplanması zamanı yarana biləcək problemlərlə bağlı mülkiyyətçilər və pambıq emalı zavodlarının rəhbərliklərinin təkliflərini dinlədi.
İclasda çıxış edənlər mülkiyyətçilər əsasən pambıq sahəsinin yığılması üçün əlavə işçi qüvvəsinə ehtiyacınu olduğunu, sahələrin maşınla yığımı üçün əlavə pambıqyığan maşınların və qoşqu lafetlərinin təşkil edilməsini bildirdilər.
İclasda qərara alındı ki, rayonun idarə, müəssisələrində çalışan işçilərdən ibarət könüllü pambıqyığan briqadalar təşkil olunsun, hər iki pambıq zavodu yığıma əlavə pambıqyığan maşınların və qoşquların cəlb olunmasını təşkil etsinlər.
Sonda rayonda pambıq əkininin və yığımın real vəziyyətini öyrənmək məqsədilə bir neçə təsərrüfat sahəsinə baxış keçirildi.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi