Cahangir Hacıyevin və yaxınlarının evi polis mühasirəsinə alındı

img

14-10-2016 [17:21]


Cahangir Hacıyevin və yaxınlarının evi polislər tərəfindən nəzarətə götürülüb.

Bu barədə musavat.com-a C.Hacıyevin yaxınları məlumat verib. Məlumata görə, Cahangir Hacıyevə hökm oxunduqdan sonra onun metronun "İçərişəhər" stansiyasının yaxınlığında yerləşən mənzili polislər tərəfindən nəzarətə götürülb.

Həmçinin bacısı Əminə Hacıyevaya məxsus Mərdəkandakı bağ evi və anasından miras qalan evi nəzarətə götürülb.C.Hacıyevin yaxınları bunun səbəbini bilmədiklərini deyirlər. İlkin ehtimala görə, bu əməliyyat əmlakın müsadirə olunması ilə bağlıdır.

Qeyd edək ki, Cahangir Hacıyev məhkəmənin qərarı ilə bu gün 15 il müddətinə azadlıqdan məhrum edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA