14-10-2016 [16:28]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əhalinin sosial müdafiəsinin təmin olunması sahəsində 2016-cı ilin 9 ayında görülən işlərin yekunlarının və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.
Mia.az xəbər verir ki, iclasda nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin, sosial xidmət müəssisələrinin məsul şəxsləri iştirak edib.
İclasda çıxış edən nazir Səlim Müslümov eyni zamanda əmək pensiyaçılarının və əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin, sığorta-pensiya sistemində beynəlxalq standartların tətbiqi işlərinin uğurla davam etdirildiyini diqqətə çatdırıb: "Hesabat dövründə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2015-ci ilin müvafiq dövrünə nisbətən 181,86 mln. manat və ya 8,32 faiz artaraq 2367,1 mln. manata yüksəlib. Ölkədəki iqtisadi inkişafın əyani təsdiqi kimi qeyri-büdcə sektoru üzrə sosial sığorta daxilolmalarındakı artım tendensiyası cari ilin 9 ayında da davam edib. Bu dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz və ya 75,65 mln. manat artaraq 1380,3 mln. manata çatıb. Qeyri-büdcə sektorundan daxilolmalar sosial sığorta haqlarının 63,8 faizini və ya 881,3 mln. manatını təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,9 faiz və ya 33,37 mln. manat çoxdur”.
Fərdi uçot sistemindən bəhs edən S.Müslümov diqqətə çatdırıb ki, sistemdə qeydiyyata alınan sığortaolunanların sayı 2016-cı ilin 1 oktyabr tarixinə cari ilin əvvəlinə nisbətən 136524 min nəfər artaraq 3 milyon 316 min nəfərə, o cümlədən sistemdə uçotda olan əcnəbi vətəndaşların sayı 33110 nəfərə çatıb: "Cari ilin yanvar-sentyabr aylarında Fondun xərcləri 2370,43 mln. manat olub ki, bunun da 2327,07 mln. manatı və yaxud 98,17 faizi əhaliyə ödənişlərə yönəldilib. Əmək pensiyaları ilə bağlı xərclər 2261,0 mln. manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin məbləği isə 66,07 mln. manat təşkil edib”.
S.Müslümov bildirib ki, ölkə üzrə əmək pensiyaçılarının sayı 01 oktyabr 2016-cı il tarixinə 1 milyon 312 min nəfər təşkil edib. 2016-ci ilin doqquz ayı ərzində ölkə əhalisinin 4,7 faizinə və ya 458 838 nəfərə aylıq və birdəfəlik sosial müavinət təyin olunub ödənilib. Bundan əlavə, 57389 nəfər Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ilə təmin olunub.
2016-cı ilin 9 ayında əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlərin yekunları ətraflı müzakirə olunub. Müsbət nəticələrlə bərabər, yol verilmiş ayrı-ayrı nöqsanlara da toxunulub, fəaliyyətini düzgün qura bilməyən, işində nöqsan və çatışmazlıqlar aşkar edilən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsinə dair qərarlar qəbul edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi