Ziya Məmmədovun qəbul tarixi - Açıqlandı

img

14-10-2016 [15:50]


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq nəqliyyat naziri Ziya Məmmədov oktyabrın 21-də Ağsu şəhərində vətəndaşları qəbul edəcək.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qəbul zamanı Şamaxı, İsmayıllı və Ağsu rayon sakinlərinin yalnız nəqliyyat məsələləri ilə bağlı müraciətləri dinləniləcək, mövcud nəqliyyat problemləri araşdırılacaq.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar oktyabrın 19-u saat 09:00-dan 18:00-dək Şamaxı şəhəri, 48-ci məhəllə, İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsi, Ağsu şəhəri, M.Rəsulzadə küçəsində qeydiyyatdan keçərək qəbula yazıla bilərlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA