14-10-2016 [15:06]
Azərbaycanda mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi üçün müvafiq icra hakimiyyəti orqanlarının sifarişçiyə cavab vermə müddəti qısaldılır.
Bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə təklif edilən dəyişikliklər bu gün Milli Məclisin plenar iclasında qqəbul olunub.
Dəyişikliyə görə, sifarişçinin tikintiyə başlamazdan əvvəl bununla bağlı verdiyi məlumata müvafiq icra orqanından daha qısa zamanda cavab tələb olunacaq.
Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir. Bu zaman tələblərə uyğunluğunun yoxlanılması məqsədilə həmin obyektlərin layihəsinin baş planını, habelə torpaq üzərində olan mülkiyyət, icazə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini icra orqanına təqdim edir.
Layihədə təklif edilir ki, müvafiq orqanlar mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi üçün 10 gün müddətində (hazırda 1 ay) layihəyə dair iradlarını sifarişçiyə təqdim etməzsə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda isə onlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.
Layihəyə əsasən, müvafiq orqanlar insanların yaşaması və toplanması, istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin sayı 3 metrdən, ümumi sahəsi 1400 kvadrat metrdən və tikinti sahəsi 1000 kvadrat metrdən çox olmayan tikinti obyektlərinin inşası üçün baş ərazi üzrə müfəssəl plan olduqda 10 gün müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 1 aya layihəyə dair iradlarını sifarişçiyə təqdim etməlidir. Hazırda isə belə obyektlərin inşası üçün ümumilikdə 1 ay müddətində iradlar təqdim edilmədikdə sifarişçi tikinti işlərinə başlaya bilər.
Layihədə Məcəlləyə əlavənin edilməsi də təklif olunur. Əlavəyə görə, müvafiq icra hakimiyyəti orqanı qeyd edilən müddət bitdiyi vaxtdan 3 iş günü ərzində tikinti layihəsi barədə müvafiq məlumatı Tikintilərin Dövlət Reyestrinə təqdim etməlidir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət Reyestrinin internet səhifəsində yerləşdirilir.
Məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin inşası başa çatdıqdan sonra sifarişçi bu barədə müvafiq icra hakimiyyəti orqanına ya poçtla, ya da bilavasitə özü məlumat təqdim edir.
Barəsində məlumatlandırma icraatı tətbiq olunan tikinti obyektlərinin inşasına icazənin alınması tələb olunmur. Yuxarıda qeyd edilən obyektlərin tikintisi üçün də məlumatlandırma icraatı həyata keçirilir.
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi