Azərbaycanda yeni təsis olunan medal kimlərə veriləcək? - FOTO

img

14-10-2016 [14:38]


Azərbaycanda Vətənin müdafiəsində şücaət və fədakarlıq göstərməklə fərqlənənlər üçün "Şücaətə görə” medalı təsis olunub.

Milli Məclisin bu gün keçirilən plenar iclasında bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununa dəyişiklik layihəsi müzakirə çıxarılıb.

Yeni medalın Əsasnaməsinə görə, Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərən hərbi qulluqçular və vəzifə borcunu yerinə yetirən digər şəxslər bu medalla təltif ediləcəklər. 

Medalın üzərində "Azərbaycan uğrunda” sözləri həkk edilib.

Dəyişiklik layihəsi müzakirəyə çıxaralaraq qəbul edilib.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA