Kür çayı bəndləri yardı, bölgələrdə daha təhlükəli vəziyyət yarandı

img

07-05-2010 [12:39]


Kür çayındakı daşqınlar davam edir. Belə ki, bu gün səhər saatlarında Kür bəndləri yararaq Şirvan şəhərinin Bayramlı qəsəbəsinə daxil olub. İcra Hakimiyyətindən verilən məlumata görə, sel suları demək olar ki bütün qəsəbəni basıb. Onlarla ev su altında qalıb. Hazırda bənddən axan suyun qarşısının alınması üçün tədbirlər görülür. Qeyd edək ki, Salyan rayonundakı gərgin vəziyyət də davam edir. Bu gün suyun səviyyəsi daha 6 sm artıb. Bəndvurma işləri davam edir. FHN-nin mülki müdafiə qoşunlarının 200 nəfərə yaxın canlı qüvvəsi və çox sayda ağır texnika rayona gətirilib. anspress

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA