13-10-2016 [22:27]
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda Polis İdarəsinin qarşısında keçirilən aksiya səngiyib.
Gürcüstan parlamentinə yeni seçilən deputatlardan Azər Süleymanov və Mahir Dərziyev və deputatlığa namizədlər İsrafil Bayramov və Əhməd İmamquliyev və Avropa İnsan Haqları Məhkəməsinin Gürcüstan üzrə təmsilçiləri Marneuli Rayon Polis İdarəsinin qarşısına gələrək aksiya iştirakçıları ilə görüşüblər.
Aksiya iştirakçıları deputatları və deputatlığa namizədləri fitə basıblar. Etirazçılar dünən gecə maskalı xüsusi təyinatlılar tərəfindən saxlanılan 1997, 1994, 1996, 1996, 1992 və 1993 təvəllüdlü gənclərin gecə saatlarında saxlanılmasına etirazlarını bildirib və onların tezliklə azad olunmasını tələb ediblər.
Gürcüstan DİN-dən verilən məlumatda saxlanılan şəxslərin Marneulinin Qızılhacılı kəndində yaradılan 48 nömrəli seçki məntəqəsinin işinə maneəçilik törətdiklərinə və polis qüvvələrinə qarşı zor tətbiq etdiklərinə, onları daş-qalaq etdiklərinə və qarşıdurma yaratdıqlarına görə həbs olunduğu bildirilib.
DİN-dən verilən məlumatda Marneuli RPİ-nin əməkdaşlarının qarşıdurmada ciddi xəsarət aldıqları da bildirilib. Oktyabrın 8-də hadisədən xəbər tutan Gürcüstanın baş naziri xəsarət alanlara baş çəkib.
Bu gün aksiyada iştirak edən saxlanılan şəxslərin qohum-əqrəbaları isə maskalı xüsusi təyinatlıların Qızılhacılı kəndindəki evlərə gecə saatlarında qəflətən girdiklərini və azərbaycanlı gənclərə xəsarət yetirdiklərini bildiriblər. Sakinlər evlərdən qızıl-zinət əşyalarının da yoxa çıxdığını da iddia edirlər.
Vahid Milli Hərəkat Partiyasından deputatlığa namizədliyi irəli sürülən Əhməd İmamquliyev jurnalistlərə açıqlamasında vəziyyətə nəzarət olunduğunu və sonadək saxlanılan şəxsləri müdafiə edəcəklərini bildirib: "Xüsusi təyinatlılar sanki terrorçuları həbs edirdilər. Gənclər seçkilərdə iştirak edənlərdən biridir, təsadüfən qarşıdurma yaranan zaman seçki məntəqəsinin ərazisində olublar. Oktyabrın 8-də 48 nömrəli seçki məntəqəsi yerləşən Qızılhacılı kənd sakinlərinin hamısı baş verənlərlə bağlı istintaqa açıqlama verməyə hazır idilər. Lakin onları dinləyən olmadı”.
Ə. İmamquliyev baş verən hadisəyə təəssüf etdiyini bildirib: "Bu gənclər azad olmayanadək biz buradan getməyəcəyik və qanun çərçivəsində sonuncu addımlarımızı atacağıq ki, saxlanılan gənclər ailələrinə qayıtsınlar və qanunu pozanların hamısı həbs olunsunlar. Biz qanun pozucularının hamısını tanıyırıq”.
"Burçuladze-Dövlət xalq üçün” partiyasından deputatlığa namizədliyi irəli sürülən İsrafil Bayramov saxlanılan şəxslərlə bağlı Kvemo Kartli bölgə qubernatoru Paata Xizanaşvili ilə görüşdüklərini bildirib: "Qubernator bizə bildirdi ki, baş verən hadisə ilə ciddi məşğul olacaq və günahsız olan heç kim həbs edilməyəcək. Qubernator saxlanılan gənclərin azadlığa çıxmasına kömək edəcəyinə söz verib”.
Qeyd edək ki, DİN tərəfindən keçirilən brifinqdə saxlanılan azərbaycanlı gənclərin Rustavi şəhər məhkəməsinin Gürcüstan CM-nin 163 və 353-cü maddələrinə əsasən verdiyi qərar əsasında həbs olunduğu bildirilib.
Bundan başqa, MSK-nın qərarına əsasən, 48 nömrəli seçki məntəqəsində proporsional və majoritar sistemi üzrə keçirilmiş seçkilərin nəticələri ləğv olunub.
Əhməd İmamquliyev oktyabrın 22-də Qızılhacılı kəndindəki 48 nömrəli seçki məntəqəsində təkrar seçkilər keçiriləcəyini bildirib.
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi